24 fevral 2018, Şənbə
Ana Səhifə - ƏDƏBİYYAT - Qarğalar da 300 il yaşayarmış
Qarğalar da 300 il yaşayarmış
07.01.2017, 13:32

Azad Müzəffərli

(hekayə)

         
İyirmi dördüncü əsrdi. Yada düşər xatirələr burulğanındaydılar. Əfəndi, Yadigar və Süleyman ötən üç əsrdə yaşadıqlarını çözələyirdilər. Eyni kənddə dünyaya göz açan bu üç dost fürsət düşdükcə görüşmək imkanını fövtə verməzdilər. Boya-başa çatdıqları kəndin yuxarı başındakı söyüdlüyün kölgəsindəki bulaqbaşı görüş yerləri idi. Ötən müddətdə el-obalarında dəyişməz qalan yeganə məkan buraydı.  Əslində, artıq bu yerlərə kənd deməyə adamın dili belə gəlmirdi. Elmi-texniki tərəqqi buralarda da özəllikdən əsər-əlamət qoymamışdı.

       
Dünyanın müxtəlif guşələrində məskən salsalar da, istədikləri vaxt görüşmək onlar üçün adi bir şeydi. Kosmik avtomobillərinə əyləşməkləri ilə bağırbadaş olmaları çox qısa zaman sürərdi. Təkcə, kəndlərindəki bulağın soyuqluğu iliyə işləyən, şip-şirin suyundan ovuclayaraq doyunca içib, əl-üzlərini yaxalayaraq “oxxay” deməkdən ötrü onlar gündə yüz dəfə doğma obalarına yol ölçməyə hazırdılar. Üç əsr əvvəlki təbiətin və ləziz təamların hərisiydilər. Bu danılmaz həqiqətdir ki, hər bir kəsin və hər bir şeyin əsl dəyəri zamanla ortaya çıxar. İndi isə hər şey bam-başqaydı. Yaşamaq təsəvvürəgəlməz dərəcədə asanlaşsa da, hamı yabanı təbiətin, təbii həzz, dad və ləzzətin həsrətindəydi.

     
 Əfəndi, Yadigar və Süleyman bu dəfəki söhbətlərində də uca dağlar, yamyaşıl yamaclar aşdılar, örüşdə oldular, çəmənlik və biçənəklərə doyunca tamaşa etdilər. Sinədolusu dağ havası uddular.  Kəndin lavaşı, təndir çörəyi, nehrə yağı, təzəcə sağılan südü, şoru,balı, qaymağı, yumurtası və digər ləziz təamlarından daddılar. Yayda suyu qurumaq üzrə olan dağ çaylarından tutduqları xırda balıqların tamına baxmaq fürsətini də əldən vermədilər.  Bostanlarda tərəvəz və göyərtilərin ləzzətini çıxarandan sonra mer-meyvə bağlarına nə təhər daraşdılarsa, üst-başlarının ələgəlməz hala düşdüyündən xəbər belə tuta bilmədilər. Qışda odun sobasının istisinə qızındılar. Bulaq başına gələn qızlara oğrun-oğrun tamaşa etməkdən də yan ötmədilər. Hava qaralmaq üzrə ikən yollandılar aşıq toyuna, dastanlardan, milli musiqidən nə təhər təpər aldılarsa, qol götürüb tər-qana batana qədər meydan suladılar. 

     
Ta söhbətin mövzusuna  altı aydan sonra sadəcə qara xal salan pomidor-xiyar, ilin bütün fəsillərində şaxlığı-şuxluğu itməyən mer-meyvə, aylarla rəngi-rufu qaçmayan süd-qatıq, qışın sazağında süfrəyə gətirilən qarpız-yemiş, qoxusu gündən-günə “göllənən” balıqlar, tamından adamın iştahı küsən toyuq-cücə, qaramal və davar əti, nə bilim, daha nələr, nələr “müdaxilə edənə” qədər üç dostun xoşbəxtliyini yığıb-yığışdırmaqla qurtaran deyildi. Söhbətin bu məqamında ovqatları təlxdi. Ağızlarına su alıb oturmaqdan başqa çarələri qalmamışdı. Axı, onlara üç əsr ömür bəxş edən də elə bu təamlara əlavə edilən qatqılar, təbii və süni qida konservantları idi. Sən demə, həmin kimyəvi maddələr təkcə meyvə-tərəvəzin, müxtəlif qidaların deyil, onlarla bəslənən insanların da ömrünü “əl altdan” tədricən artırırmış. Artıq dünyanın ən məşhur elmi-tədqiqat mərkəzləri də bu reallığı təsdiqləmişdi.  

     
Bölüşməyə mövzuları tükənsə də, bir-birlərindən ayrılmağa hələki tələsmirdilər. Həmin məqamda bayaqdan onların ətrafında dövrə vuran qarğanın nümayişkarənə şəkildə söyüd ağacına qonması lap göydəndüşmə oldu.  Anındaca Əfəndinin bu canlı varlığa qanı qaynadı. Heç özü də bilmədi, bu nədəndi. Lal-dinməz xeyli qarğaya tamaşa etdilər. Yadigarın sualı sükutu pozdu:

-      Əfəndi, fikir verirsən, o qoca qarğa məhz səndən gözünü çəkmir, sanki, uzun müddətdən sonra doğmasını görən tək gözü səndədir!?.

-      Elədi, düzünü deyim, nədəndisə o da mənə sanki tanış gəlir!?.

-      Qarğaların üç yüz il yaşadığı rəvayət olunsa da, əslində, onlar ən yaxşı halda 30-40 il ömür sürürlər, yalnız tək-tük qarğalara 75 ilə qədər yaşamaq  nəsib olur. O da sırf təbiətdən ayrılmayanlara. Ona görə də, o, səni necə tanıya bilər, axı?!.

       
Bayaqdan şəhadət barmağı ilə gicgahını qaşıyan Süleyman bu dəmdə söhbətə qoşuldu:

-  Dostlar, əgər, biz artıq üç yüz ildən çox ömür sürürüksə, niyə bizimlə qonşuluq edən qarğalar da bir o qədər yaşamasınlar, hə!?. Axı, onlar da çox vaxt əsasən bizim qabağımızdan qalan yeməklərlə qidalanırlar?!.

- Ola bilər... özü də bunu sən – quşların dilini bilən Süleyman deyirsə, deməli, burada mütləq həqiqətin əlaməti var...

- Bir də ki, xalqın bütün deyimləri gec-tez yerini tutur, yəqinki, əvvəlki insanlar bunu göydən götürməyiblər!?. Görünür, onlar gələcəkdən xəbərdarmışlar!?. Qarğaların da üç yüz il yaşayacağını təsadüfən söyləməyiblər!?.

- Bizsə yatmışıq fil qulağında, xəbərimiz yoxdu, əməlli-başlı alimsənmiş, qardaş?!.

- Əfəndi, qarğanın qırımından bəllidi, o səni tanıyır, vallah, tanıyır... Məncə, sadəcə, səndən işarə gözləyir, sənin də onu yada saldığına əmin olmaq istəyir...

      
Əfəndi bayaqdan hafizəsinə güc gəlirdi. Nəhayət ki, növbə üç yüz ildən çox ömrün məktəb illərinə yetəndə, o, göz yaşlarına hakim ola bilmədi. Bədahətən söyüd ağacına sarı sıçradı. Həmin məqamda qarğa da özünü onun qucağına atdı. O qolları ilə qarğaya, həmin quşcuğaz da qanadlarını qıyaraq ona sarıldı. Təsirli mənzərəydi. Yadigar və Süleyman çaşqınlıq içərisindəydilər, mat-məəttəl bir-birinin üzünə baxırdılar.

     
Təqribən üç yüz əvvəlki təkin qarğanın başına tumar çəkən Əfəndi, nəhayət ki, titrək səslə dilə gəldi:

-      Tanıdım, bu həmən qarğadı, 5-ci və ya 6-cı sinifdə oxuyarkən mənə pənah gətirən bu quşun sınıq qanadını mənim təkidimlə atam sağaltdı. Vaxtilə yanına düşən sarğılı qanadı, sağalandan sonra göy üzündə xoşbəxtcəsinə pərvaz etməyi  və qədirbilən bu quşcuğazın tez-tez mənə baş çəkməyi də indi kimi yadımdadı. Mən yaşayış yerimi dəyişəndən sonra biz bir daha görüşmədik.

       
Əfəndinin sevincindən Yadigar və Süleymana da pay düşdü. Onlar da növbəylə dostlarının dostuna sarıldılar. Əfəndinin “Bəlkə də, neçə nəsil doğmalarının əhatəsində olmaq, bir də ki, belə xoşbəxtlikləri təkrar-təkrar yaşamaq üçün 300 ildən çox ömür sürməyə dəyər!?.” deyimi ömürlük onların qulağında sırğa oldu.              

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Bakuxeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
"Boko Haram"  105 məktəblini qaçırıb
24.02.2018, 01:01

"Boko Haram"  105 məktəblini qaçırıb

Uşaq 8 ay adsız qalıb - Video
24.02.2018, 00:45

Uşaq 8 ay adsız qalıb - Video

Hindistan ballistik raketi sınaqdan keçirdi
24.02.2018, 00:24

Hindistan ballistik raketi sınaqdan keçirdi

Xızıda fabrik sürücüsünü döyərək 200 metr sürüdülər
24.02.2018, 00:08

Xızıda fabrik sürücüsünü döyərək 200 metr sürüdülər

Fələstin ABŞ-ı təxribatda suçlayır
23.02.2018, 23:55

Fələstin ABŞ-ı təxribatda suçlayır

Bakıdakı sığınacağa yerləşdirilən iki uşağın valideyni tapılmır - Video
23.02.2018, 23:41

Bakıdakı sığınacağa yerləşdirilən iki uşağın valideyni tapılmır - Video

Bu qurum fəaliyyətini dayandırdı
23.02.2018, 23:28

Bu qurum fəaliyyətini dayandırdı

Yollardakı qəzanın ilginc səbəbi
23.02.2018, 23:14

Yollardakı qəzanın ilginc səbəbi

Azərbaycan nefti bahalaşdı
23.02.2018, 22:59

Azərbaycan nefti bahalaşdı

Somalidə partlayış: 18 ölü, 20 yaralı
23.02.2018, 22:43

Somalidə partlayış: 18 ölü, 20 yaralı

“Ermənistanın seçkiqabağı  nağılbazlığı daxili istehlaka ünvanlanıb” - XİN
23.02.2018, 22:27

“Ermənistanın seçkiqabağı  nağılbazlığı daxili istehlaka ünvanlanıb” - XİN

ABŞ Məcburi Köçkün Gənclərə İngilis dili öyrənməyə kömək edir
23.02.2018, 22:15

ABŞ Məcburi Köçkün Gənclərə İngilis dili öyrənməyə kömək edir

ATƏT PA-nın sessiyasında Xocalı soyqırımı haqqında danışılıb   
23.02.2018, 21:59

ATƏT PA-nın sessiyasında Xocalı soyqırımı haqqında danışılıb  

Azərbaycanda bu sahələrdə artıma nail olunub
23.02.2018, 21:48

Azərbaycanda bu sahələrdə artıma nail olunub

Berlində Xocalı soyqırımının 26-cı ildönümü  anılıb - Foto
23.02.2018, 21:34

Berlində Xocalı soyqırımının 26-cı ildönümü  anılıb - Foto

Suriyada xəstəxana raket atəşinə tutuldu
23.02.2018, 21:21

Suriyada xəstəxana raket atəşinə tutuldu

Bakıda İran Kino Günləri başladı
23.02.2018, 21:07

Bakıda İran Kino Günləri başladı

ABŞ səfirliyi bu tarixdə Qüdsə köçürüləcək
23.02.2018, 20:55

ABŞ səfirliyi bu tarixdə Qüdsə köçürüləcək

Bu yollarda təmir yekunlaşdı - Fotolar
23.02.2018, 20:41

Bu yollarda təmir yekunlaşdı - Fotolar

Zakir Həsənov Belarusda medal aldı
23.02.2018, 20:26

Zakir Həsənov Belarusda medal aldı

ABŞ Şimali Koreyaya qarşı sanksiyaları genişləndirib
23.02.2018, 20:15

ABŞ Şimali Koreyaya qarşı sanksiyaları genişləndirib

Bir həftədə 200 şagird və müəllim müayinə olunub
23.02.2018, 20:01

Bir həftədə 200 şagird və müəllim müayinə olunub

Daha bir yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılır
23.02.2018, 19:51

Daha bir yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Uşağa qulluğa görə verilən müavinət də artırıldı
23.02.2018, 19:00

Uşağa qulluğa görə verilən müavinət də artırıldı

48 yaşlı qadının əli emal avadanlığının arasında qalıb
23.02.2018, 18:56

48 yaşlı qadının əli emal avadanlığının arasında qalıb

Azərbaycanda aqrar sahənin texniki təminatı gücləndirilir
23.02.2018, 18:46

Azərbaycanda aqrar sahənin texniki təminatı gücləndirilir

Azərbaycanda sosial müavinətlərin məbləği artırıldı
23.02.2018, 18:42

Azərbaycanda sosial müavinətlərin məbləği artırıldı

“AppLab” proqramının məzunları və yeni iştirakçıları bir arada
23.02.2018, 18:37

“AppLab” proqramının məzunları və yeni iştirakçıları bir arada

İordaniya Kralı Azərbaycan Prezidentinə məktub göndərib
23.02.2018, 18:34

İordaniya Kralı Azərbaycan Prezidentinə məktub göndərib

Beşdən çox uşağı olan qadınlara verilən müavinət artırıldı
23.02.2018, 18:27

Beşdən çox uşağı olan qadınlara verilən müavinət artırıldı

“Köçürülmənin sadələşdirilməsi tələbələr üçün yaradılan ən yaxşı imkandır”
23.02.2018, 18:18

“Köçürülmənin sadələşdirilməsi tələbələr üçün yaradılan ən yaxşı imkandır”

Qarabağda 16 nəfər ölüb, 89 nəfər yaralanıb
23.02.2018, 18:08

Qarabağda 16 nəfər ölüb, 89 nəfər yaralanıb

Kadırov Stalinin goruna söydü
23.02.2018, 17:59

Kadırov Stalinin goruna söydü

Regionlarda keçirilən festivallar bölgələrimizin mədəni zənginliyini nümayiş etdirir  
23.02.2018, 17:45

Regionlarda keçirilən festivallar bölgələrimizin mədəni zənginliyini nümayiş etdirir  

Makedoniyalı siyasətçi: ”Xocalı soyqırımı Ermənistana ləkədir”    
23.02.2018, 17:30

Makedoniyalı siyasətçi: ”Xocalı soyqırımı Ermənistana ləkədir”  

ARXİV
SORĞU
Hansı supermarketdən alver edirsiniz?
“ARAZ” marketləri(16.2%)
“Bazarstore”(10.8%)
“Neptun” marketləri(2.70%)
“Favorit” marketi(6.75%)
“Makromarket”(2.70%)
“Bizim market”(1.35%)
“Rahat market”(2.70%)
“Bravo” marketləri(10.8%)
“Oba market”(9.45%)
Heç biri - digər mağazalar(36.4%)