Modern.az

Strateji Araşdırmalar Mərkəzindən oğurluq edilib

Strateji Araşdırmalar Mərkəzindən oğurluq edilib

7 Yanvar 2017, 13:39

Bakıda dövlət qurumundan - Strateji Araşdırmalar Mərkəzinin ofisindən oğurluq edilib.

Modern.az saytı Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 5-də Strateji Araşdırmalar Mərkəzində işləyən aparıcı mütəxəssislərdən birinin iş otağındakı seyfdən 1500 manat və 6000 ABŞ dolları pul oğurlamaqda şübhəli bilinən orada nəzarətçi işləyən Füzuli rayon sakini Rauf Kamallı və mühafizəçi - Bakı şəhər sakini Zaur Quliyev tutulublar.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər