Modern.az

Obama Trampı qınadı: “Putin bizim komandada deyil"

Obama Trampı qınadı: “Putin bizim komandada deyil"

7 Yanvar 2017, 14:01

“Rusiya "müdaxilə planlaşdırırdı" və ABŞ-dakı seçkilərə "bulaşdı"”.
Modern.az saytı xəbər verir ki, bu barədə “ABC News” telekanalına müsahibəsində ABŞ prezidenti Barak Obama bir müddət öncə başa çatmış prezidentlik seçkisinin nəticələrindən danışarkən deyib.

Rusiyanın ABŞ-dakı seçkilərə qarışması barədə Amerika Milli Kəşfiyyatının hesabatını şərh edən Obama bildirib:

"Düşünürəm ki, rusların qarışmaq istədikləri barədə deyilənlər doğrudur və onlar işə qarışdılar".

Barak Obama  onu da qeyd edib ki, Respublikaçılar Partiyasının nümayəndələri Rusiya lideri Vladimir Putinə daha çox inanırlar, nəinki öz həmvətənlərinə:

"Ondan narahatam ki, respublikaçılar və ya televiziya şərhçiləri, mənə elə gəlir ki, Vladimir Putinə daha çox etimad edirlər, nəinki öz həmvətənlərinə-amerikalılara, yalnız çünki onlar - demokratlar".

Obamanın sözlərinə görə, belə olmamalıdır. Üzünü seçkilərdə qalib gəlmiş Donald Trampa tutan Obama daha sonra əlavə edib: "Biz yadda saxlamalıyıq ki, biz bir komandadayı. Vladimir Putin bizim komandada deyil".
 

Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tраmp deyib ki, rusların və ya qeyrilərinin kiberhücumu seçkilərə təsir göstərməyib. O, Associated Press-ə müsahibəsində bildirib ki, ABŞ kəşfiyyatının rəhbərliyi ilə görüşdə çox şey öyrənib, amma bunlar məxfi qalmalıdır.

Seçkilərlə bağlı Rusiyanın ünvanına səsləndirilən ittihamlara gəlincə, Tramp buna cavb verməyib.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir