Modern.az

İşgəncələrə qarşı Komitə 15 saylı həbsxanadakı intiharı araşdırdı

İşgəncələrə qarşı Komitə 15 saylı həbsxanadakı intiharı araşdırdı

7 Yanvar 2017, 14:40


İşgəncələrə qarşı Azərbaycan Komitəsi Bakıdakı 15 saylı ciddi rejimli Cəzaçəkmə Müəssisəsindəbaş vermiş intihar hadisəsi ilə əlaqədar bu gün orada monitorinq keçirib.

Bu barədə Modern.az-a komitə sədri Elşad Həmidov məlumat verib. O bildirib ki,Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 15 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən 1984-cü il təvəllüdlü məhkum Aslanov Mahir Nadir oğlunun intiharı ilə bağlı araşdırma aparıblar.

E.Həmidovun sözlərinə görə, adə çəkilən məhkum dünən müəssisəsin yaşayış sahəsində yerləşən idman kompleksindəki meydançanın tavanından özünü şalvarının kəməri ilə asıb.

“Bizim aparığımız araşdıma zamanı məhkuma qarşı hansısa zorakılıq halının baş verdiyi aşkarlanmadı”.

Qeyd edək ki, faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir