Modern.az

Kasparov: “Putini sərvətləri ilə vurmaq lazımdır"

Kasparov: “Putini sərvətləri ilə vurmaq lazımdır"

Dünya

7 Yanvar 2017, 15:11

Şahmat üzrə keçmiş dünya çempionu, hazırda ABŞ-da yaşayan rusiyalı dissident, eks-bakılı Harri Kasparov xəbərdarlıq edib ki, əgər yeni seçilmiş prezidenti Donald Тrаmp Amerikanın siyasi kursunu dəyişməsı və Vladimir Putinə cavab verməsə  dünyanı "çox qaranlıq günlər" gözləyir.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Kasparov bildirib ki, Putin və onun yaxın ətrafı, o cümlədən xarici işlər naziri Sergey Lavrov səbirsizliklə ABŞ-ın yeni prezidenti Donald Trampın vəzifə başına keçməsini gözləyirlər. Çünki hesab edirlər ki, o, Rusiya ilə sərfəli sövdələşməyə gedəcək, rəsmi Moskvaya öz təsir dairəsini genişləndirməyə imkan verəcək.

"Onların hamısı Тramp gözləyirlər,  hesab edirlər ki, hər şey dəyişəcək və Putinin bütün tələblərinə susacaq, o cümlədən Krımdakı qəsbkarlığı da tanıyacaq. Hətta hesab edirlər ki, Tramp NATO-nun rolunu zəiflədəcək və "Baltikyanı ölkələri qurban verəcək".

"Bunlar baş verəcəksə, mən sadalananları cinayət hesab edirəm. Əgər ABŞ siyasətdəki balansı bərpa etmək niyyətində deyilsə, bizi çox qara günlər gözləyir",-  Kasparov deyib.

Harri Kasparov ABŞ rəhbərliyini daha sərt siyasət yürütməyə çağırıb:

"Putini sərvətləri ilə vurmaq lazımdır.  Göstərmək lazımdır ki, Rusiyadan nə qədər çox pul oğurlanıb. Amerika kəşfiyyatı dəqiq bilir ki, bu pullar harda saxlanılır. Putinə dərs vermək lazımdır".

Heç zaman prezident Vladimir Putin hakimiyyəti ilə yola getməyən tanınmış şahmatçı Harri Kasparov 42 yaşında “Vahid vətəndaş cəbhəsi” hərəkatının sədri kimi Rusiya müxalifətinin sıralarına qatılıb. Bir sıra müxalifət bloklarına üzv olsa da, 2013-cü ilin iyununda Putin rejiminin ona siyasi fəlaliyyət göstərmək üçün dözülməz şərait yaratdığını əsas gətirərək, Rusiyanı tərk edib və Latviyadan siyasi sığınacaq alıb.


Hazırda mərkəzi Nyu-York şəhərində olan “İnsan hüquqlarının müdafiəsi fondu”na rəhbərlik edən dünya şahmatının canlı əfsanəsi Harri Kasparov Vladimir Putin hakimiyyətinin ən sərt tənqidçilərindən biri kimi tanınır.




Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır