Modern.az

ABŞ 7 ölkəyə 26 mindən çox bomba atıb

ABŞ 7 ölkəyə 26 mindən çox bomba atıb

Dünya

7 Yanvar 2017, 20:02

ABŞ 2016-cı ildə 7 müxtəlif ölkəyə 26171 bomba atıb. Modern.az xarici mediaya istinadən bildirir ki, bu haqda xarici siyasət və milli təhlükəsizlik üzrə amerikalı mütəxəssis Mika Zenkonun məruzəsində qeyd edilir.

Ekspertin məlumatına görə, 12192 bomba Suriyada atılıb. Bundan əlavə, 12095 bomba İraqda istifadə olunub. Əfqanıstana ötən il 1337, Liviyaya 496, Yəmənə 34, Somaliyə 12 və Pakistana 3 bomba atılıb.

Məruzə müəllifinin sözlərinə görə, ABŞ 2015-ci ildə ötən ildəkindən 3027 bomba az atıb. Bundan əlavə, o vaxt siyahıda Liviya olmayıb.

Zenko qeyd edir ki, söhbət sayı azaldılan rəqəmlərdən gedir. Ona görə ki, bir zərbə zamanı bir neçə bomba atıla bilər.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır