Modern.az

Səfirin qətli ilə bağlı 5 nəfər həbs edilib

Səfirin qətli ilə bağlı 5 nəfər həbs edilib

7 Yanvar 2017, 20:49

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlə yetirilməsi ilə əlaqədar beş nəfər həbs edilib. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, həbs olunanlardan 4-ü polis, 1 isə FETÖ üzvü Süleyman Ergen olub.

Məlumata görə, həbs olunan polis əməkdaşları səfiri qətlə yetirən Mövlut Mert Altıntaşın polis oqanlarında çalışan iş yoldaşları olub.

 

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da Ankarada Müasir Sənət Mərkəzində rəsm sərgisinin açılışında çıxış edərkən silahlı hücuma məruz qalaraq öldürülüb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir