Modern.az

Türkiyə vətəndaşlığından çıxarılacaq 39 FETÖ-cu: SİYAHI

Türkiyə vətəndaşlığından çıxarılacaq 39 FETÖ-cu: SİYAHI

7 Yanvar 2017, 21:57

15 iyul qanlı çevriliş cəhdi qabağı və ya sonra ölkədən qaçan FETÖ-cuların vətəndaşlıqdan çıxarılması üçün işlərə start verilib. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, FETÖ dəstəbaşı Fethullah Gülən, “Zaman” qəzetinin keçmiş baş redaktoru Ekrem Dumanlı və dövrün prokurorları Celal Kara ilə Zekariya Özün də olduğu 39 nəfər vətəndaşlıqdan çıxarılacaq.

 

Məlumatda qeyd edilir ki, 15 iyul dövlət çevrilişi cəhdinin ardından xaricdəki FETÖ mənsublarına aid əhəmiyyətli bir qərar alınıb. Bu çərçivədə, haqqında yaxalama qərarı çıxarılan və ölkə xaricinə qaçan FETÖ-cuların Türkiyəyə getməmələri halında vətəndaşlıqdan çıxarılacağı bildirilmişdi.

 

Prezident Rəcəb Tayyib Ərdoğan ötən ilin oktyabr ayında FETÖ ilə mübarizədə yeni addımlar atılacağı siqnalını vermişdi. Ərdoğan, "Onlar qaçacaq, biz qovalayacağıq dedik. Hara qaçsalar qaçsınlar, indi qaçdıqları yerin vətəndaşı olsunlar. Artıq onlar bu millətin vətəndaşı olaraq anılmayacak" ifadələrini işlətmişdi.

 

Davam edən prosesdə fərari FETÖ-culara müddət verilib. Bu müddət bitənə qədər ölkəyə qayıtmasalar, vətəndaşlıqdan çıxarma prosesi keçiriləcək.

 

Türkiyədən qaçan FETÖ-cular bunlardır:

FETÖ dəstəbaşı Fetullah Gülen, “Zaman” qəzetinin keçmiş baş redaktoru Ekrem Dumanlı, Emre Uslu, keçmiş prokurorlar Muammer Akkaş, Celal Kara, Zekeriya Öz, İstanbulun keçmiş  baş prokuroru Fikret Seçen, Akın İpek, Ali Özdoğan, Serhat Demir, Enes Çiğci, Önder Aytaç, Tuncay Opçin, Adem Yavuz Arslan, Hakan Aslan, Ali Çelik, Osman Hilmi, Rıdvan Akovalı, Murat Karabulut, Ahmet Can, Süleyman Uysal, Nadir Ürkmeztürk, Ahmet Şahinalp, Abdülletif  Tapkan, Mehmet Hanefi Sözen, Bekir Baz, Cansun Sarıyıldız, Sıtkı Baş, Ahmet Kirmiç, Ahmet Kara, Oğuz Mumcu, Cemil Koca, Barbaros Kocakurt, Sadık Kesmeci, İrfan Yılmaz, İsmet Aksoy, Mustafa Yeşil ve Naci Tosun.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi