Modern.az

“Rustavi 2” televiziyasının baş direktoru döyülüb

“Rustavi 2” televiziyasının baş direktoru döyülüb

7 Yanvar 2017, 22:34

Şənbə günü, yanvarın 7-də Tbilisidəki restoranlardan birində “Rustavi 2” telekanalının baş direktoru Nika Qvaramiyanın döyülməsi ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyində cinayət işi qaldırılıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, zərərçəkənin jurnalistlərə bildirdiyinə görə, restoranın zalında qəflətən işıqlar söndürülüb və kimsə onun başına ağır əşya ilə zərbə endirib. Qvaramiyanın sözlərinə görə, onunla bir masa arxasında oturmuş dostu da hücuma məruz qalıb.

 

“Düşünürəm ki, poli üçün hücum edənləri tapmaq elə də çətin olmayacaq, çünki restoranda müşahidə kameraları işləyir, - Qvaramiya deyib. – Hər şey edəcəyəm ki, cinayətkarlar cəzalarını alsınlar”.

 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi