Modern.az

“Apple” şirkətinin direktorunun maaşı 1.5 milyon dollar azalıb

“Apple” şirkətinin direktorunun maaşı 1.5 milyon dollar azalıb

8 Yanvar 2017, 01:26

ABŞ-ın “Apple” şirkətinin direktoru Tim Kukun maaşında azalma olub. Modern.az saytı xəbər verir ki, “Qafqazinfo”nun xarici KİV-ə istinadən məlumatına görə, şirkətdən yayılan hesabatda 1,5 milyon dollarlıq azalmanın olduğu açıqlanıb. Nəticədə Tim Kukun maaşı aylıq 8,7 milyon dollara qədər azalıb.

 

Buna səbəb “iPhone 7”lərin  satışında gözlənilən nəticənin əldə olunmaması göstərilib. Belə ki, 215,6 milyard dollar qazanan Apple gözlənilən 223,6  milyarda çata bilməyib.

 

Qeyd edək ki, Apple 2015-ci ildə 234 milyard dollar qazanaraq rekorda imza atmışdı.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır