Modern.az

Fidel Kastronun yaxın silahdaşı vəfat edib

Fidel Kastronun yaxın silahdaşı vəfat edib

8 Yanvar 2017, 16:21

Kubanın daxili işlər naziri Karlos Fernandes Qondin uzun sürən xəstəlikdən sonra 79 yaşında vəfat edib.

 

Modern.az xarici mediaya istinadən bildirir ki, general Qondin Fidel Kastronun silahdaşı olub və Kuba inqilabında iştirak edib.

O, Kuba Kommunist Partiyasının yaradıcılarından da biri idi.

 

Qondin 1961-ci ildə Amerika ordusunun Sviney körfəzinə təcavüzünə qarşı əməliyyatlara rəhbərlik edənlərdən də biri idi. General Anqoladakı vətəndaş müharibəsində Kubanın hərbi iştirakına da rəhbərlik edib.

Fidel Kastronun silahdaşı Daxili İşlər Nazirliyində ölkənin hüquq-mühafizə orqanlarına və kəşfiyyat qüvvələrinə nəzarət edirdi.

Kuba inqilabının lideri Fidel Kastro özü ötən il noyabrın 26-da 90 yaşında vəfat edib.

O 2008-ci ildə ölkənin idarə olunması ilə bağlı səlahiyyətlərini  qardaşı Raula vermişdi.

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir