Modern.az

Avropada donvurmadan  20-dən çox adam həlak olub

Avropada donvurmadan  20-dən çox adam həlak olub

8 Yanvar 2017, 19:23

Avropada son iki gündə donvurmadan həlak olanların sayı mühacirlər və evsizlərlə birlikdə 20 nəfəri keçib.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, Avropa dövlətləri yanvarın ilk günlərində Skandinaviyadan gələn soyuq hava kütlələri səbəbindən qeyri-adi güclü soyuqdan əziyyət çəkir.

 

Havanın temperaturunun mənfi 14 dərəcəyədək düşən Polşada 10 nəfər ölüb. Bu ölkənin bəzi regionlarında 20 dərəcyədək şaxta qeydə alınıb.

 

İtaliyanın cənub-şərq və mərkəzi hissəsində güclü qar yağması nətivcəsində 7 nəfər həlak olub.

 

Almaniyanın cənubundakı dağlıq rayonlarda havanın temperaturu mənfi 26 dərəcəyə çatıb. Avtomobil yollarının çoxu buz bağlayıb.

 

Çexiya hakimiyyətinin məlumatına görə, Praqada ötən gecə qış fəsli başlayandan ən soyuq olub. 3 nəfər oradakı şaxtalı havanın qurbanına çevrilib.

 

Ən azı 3 qaçrının Bolqarıstanda soyuqdan öldüyü bildirilir.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir