Modern.az

İranda sabiq prezident vəfat edib - YENİLƏNİB

İranda sabiq prezident vəfat edib - YENİLƏNİB

8 Yanvar 2017, 20:46

İran İslam Respublikasının sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsəncani vəfat edib. Modern.az saytı xəbər verir ki, İran mediasının məlumatına görə,  Ə.Ə.Haşimi Rəfsəncani bu gün dünyasını dəyişib.

Qeyd edək ki, sabiq prezidentin ürəyində problem yarandığı üçün xəstəxanaya yerləşdirilmişdi. Əli Əkbər Haşimi Rəfsəncani İranın dördüncü prezidenti olub. 2005-ci ildə prezident seçkilərində Mahmud Əhmədinejad səs çoxluğu ilə onu qabaqlayıb. 1980-1989-cu illərdə Ə.Ə.Haşimi Rəfsəncani İran Parlamentinin spikeri vəzifəsində çalışıb.

 

20:29

 

İran İslam Respublikasının sabiq prezidenti, Məsləhət Şurasının sədri Əli Əkbər Haşimi Rəfsəncaninin səhhətində problem yaranıb. Modern.az saytı İran mediasına istinadən xəbər verir ki, sabiq prezidentin ürəyində problem yarandığı üçün xəstəxanaya yerləşdirilib. Haşimi Rəfsəncaninin oğlu Məhəmməd Haşimi atasının xəstəxanaya yerləşdirilməsi xəbərini təsdiqləyib.

O, hazırda atasının vəziyyətinin normal olduğunu qeyd edib.

Qeyd edək ki, Əli Əkbər Haşimi Rəfsəncani İranın dördüncü prezidenti olub. 2005-ci ildə prezident seçkilərində Mahmud Əhmədinejad səs çoxluğu ilə onu qabaqlayıb. 1980-1989-cu illərdə Ə.Ə.Haşimi Rəfsəncani İran Parlamentinin spikeri vəzifəsində çalışıb.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir