Modern.az

Ad günü olan gənc diktator yaşını gizlədir

Ad günü olan gənc diktator yaşını gizlədir

Dünya

8 Yanvar 2017, 21:21

Şimali Koreyanın diktatoru Kim Çen In həqiqi yaşını gizlədir və gizli şəkildə ad gününü keçirir.  Modern.az saytı xəbər verir ki, bu haqda xarici KİV 2016-cı ildə ailəsi ilə Cənubi Koreyadan Londona qaçan diplomat Txe Yen Xoya istinadən xəbər yayıb.

 

Kİm Çen Inın yanvarın 8-də ad günüdür. Müxtəlif məlumatlara görə, onun ya 35, ya 34, ya da 33 yaşı tamam olur.

 

Şimali Koreyanın gənc diktatorunun dəqiq hansı gündə doğulduğu da geniş ictimaiyyətə məlum deyil. Halbuki Kim Çen Inın atası Kim Çen İr və babası Kim İr Senın ad günləri Şimali Koreyada milli bayram kimi qeyd olunardı.

 

“Kim Çen Inın ad günü açıq şəkildə bayram edilmir. Ancaq hamı bilir ki, bu, yanvarın 8-dədir”, - diplomat vurğulayıb.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır