Modern.az

London metrosu 24 saat işləməyəcək

London metrosu 24 saat işləməyəcək

8 Yanvar 2017, 23:25

Londonda metro işçiləri tətilə başlayıb. Modern.az saytı xarici mediaya istinadən bildirir ki, ilkin olaraq 24 saatlıq tətil elan edilib. İşçilərin etirazına səbəb metropolitendə ixtisarların aparılması  və biletlərin satış məntəqələrinin bağlanması olub. Tətillə bağlı bir sutka ərzində Londonun əksər metro stansiyaların bağlı qalacağı bildirilir. Bununla əlaqədar, sərnişinləri daşımaq üçün marşrut xəttlərinə əlavə 150 avtobus buraxılacaq.

London meri Sadiq Xan metropoliten rəhbərliyini həmkarlar ittifaqı ilə danışıqları davam etdirməyə çağırıb.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub