Modern.az

Rəfsəncani yanvarın 10-da dəfn olunacaq

Rəfsəncani yanvarın 10-da dəfn olunacaq

9 Yanvar 2017, 00:09

İranın yüksək rütbəli rəsmiləri mərhum eks-prezident Əli Əkbər Haşimi Rəfsəncaninin cənazəsinin saxlandığı yerə, Camaran hüseyniyyəsində gəlib. Modern.az saytı xəbər verir ki, APA-nın Tehran bürosunun məlumatına görə,  onun dəfn mərasimi həftənin ikinci günü baş tutacaq.

 

Bir sıra xarici ölkələr Haşimi Rəfsəncaninin vəfatı münasibəti ilə İran hökumətinə başsağlığı veriblər.  Öz növbəsində, İranın ali dini lideri Ayətullah Xamenei öz başsağlığında uzun illərin dostunun itirilməsini çətin və ağrılı adlandırıb.

 

Təcriş xəstəxanasında vəfat etdikdən sonra Haşimi Rəfsəncaninin cənazəi Camaran hüseyniyyəsinə gətirlib. İran prezidenti Haşimi Rəfsəncaninin ölümü münasibətilə ölkə 3 gün matəm elan edib.

 

Qeyd edək ki, İranın sabiq prezidenti Haşimi Rəfsəncani yanvarın 8-də ürəyində yaranmış problemlə bağlı Təcriş xəsətxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayraq, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir