Modern.az

Klinton bir daha seçkilərdə iştirak etməyəcək

Klinton bir daha seçkilərdə iştirak etməyəcək

9 Yanvar 2017, 00:44

“ABŞ prezidentliyinə namizəd Hilları Klinton bir daha seçkilərdə iştirak etməyəcək. Düşünürəm ki o, insanlara, uşaqlara və sadə ailələrə yardım göstərməyə üstünlük verəcək. Hillari Klinton ömrü boyu məhz bununla məşğul olub. Güman etmirəm ki, o bundan sonra hər hansı seçkilərdə iştirak etsin”. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, bunu sabiq dövlət katibinin nümayəndəsi Nira Tanden bildirib.

Qeyd edək ki, bir müddət öncə “New York Daily News” qəzeti Hilları Klintonun Nyu-Yorkun meri postuna namizədliyini irəli sürəcəyi barədə məlumat verib. Nyu-York merinin seçkiləri isə noyabrın 7-də baş tutacaq.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı