30 aprel 2017, Bazar
Ana Səhifə - PARLAMENT - Cavabsız qalan deputat sorğuları - Hansı nazirlər saymır?
Cavabsız qalan deputat sorğuları - Hansı nazirlər saymır?
09.01.2017, 14:10

Milli Məclisin plenar iclaslarında deputatlar tez-tez  müxtəlif dövlət qurumlarından, onların rəhbərliyindən giley-güzar edirlər. Narazılığın da kökündə həmin  dövlət orqanlarının deputatların rəsmi sorğularını cavabsız qoyması dayanır. Deputatlar bildiriblər ki, seçicilərindən gələn şikayətə və ya hər hansı məsələyə aydınlıq gətirmək üçün müxtəlif dövlət qurumları ilə əlaqə saxlamalarına baxmayaraq, nəticə əldə edə bilmirlər.

 

Modern.az saytı bunu nəzərə alaraq Milli Məclisin bəzi üzvlərindən hansı dövlət qurumlarının deputat sorğularıa biganə qaldığını öyrənməyə çalışıb.

Aqil Abbas cavabsız qalan sorğusunun olmadığını qeyd edib.

“Mənim qeydiyyat dəftərimə baxsanız, bunun şahidi olarsınız. Elə müraciətlər var ki, həll olunub. Elə məktublar da var ki, onlar ədalətli məktub deyil. Düzdür, mən bütün müraciətlərə baxıram. Həmin məktubları aidiyyatı orqanlara göndərirəm. Mənə və həmin şəxsin özünə də bununla bağlı cavab gəlir. Elə sorğular var ki, onların cavablandırılması 10 və 15 gün çəkir. Amma cavabsız qalmır”.

Deputat daha çox Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə sorğu ünvanladığını deyib.

“Mənim seçicilərimin 50 faizi məcburi köçkünlərlə bağlıdır. Daha çox mənə mənzillə və işlə bağlı müraciətlər olur. Həmçinin, digər rayonlardan olan hüquqları pozulmuş şəxslər də mənə müraciət edirlər. Həmin müraciətlərə görə də aidiyyatı orqanlara sorğu  göndərilir”.

 

Fazil Mustafa qeyd edib ki, şəxsən onun sorğularına elə bir hal olmayıb ki, cavab verilməsin.

“Demək olar ki, hansı quruma müraciət etmişəmsə, həmin qurumlardan ya nazir, ya nazirin müavini səviyyəsində, təsadüf hallarda o sahəyə aid idarə rəisləri səviyyəsində cavab almışam. Ona görə də belə bir problemlə rastlaşmamışam”.

Deputat bir çox məsələlərlə bağlı müxtəlif dövlət orqanlarına sorğular göndərdiyini bildirib.

 “Bu müraciətlərin də əksəriyyəti işsizliklə bağlıdır. Ona görə də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğular göndərirəm. Müəyyən dərəcədə vətəndaş şikayəti polisin fəaliyyəti, cinayət işi və yaxud da müəyyən qurumlarda olan problemlərlə bağlı olur. Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və başqa qurumlardan olan şikayətlər əsasında bu rəsmi orqanlarla əlaqə qururam. Qaldırılan problemlərin müəyyən bir qismi həllini tapır. Əksəriyyəti isə həllini tapmır. Çünki standart cavablar alıram”.


Vahid Əhmədov
da bütün dövlət orqanlarından sorğusuna cavab aldığını bildirib.

“Elə bir dövlət qurumu yoxdur ki, mən ona sorğu göndərməyim.  Mənə təkcə təmsil etdiyim bölgədən deyil, digər yerlərdən də müraciətlər olur. Daha çox isə sosial  və hüquqi məsələlərlə əlaqədar dövlət orqanlarına sorğular göndərmişəm”.

Elman Məmmədov deyib ki, hansı dövlət qurumuna yazılı məktubla müraciət edibsə, hamısından lazımı səviyyədə cavab alıb.

“Mən deyə bilmərəm ki, bu cavabların hamısı müsbət həll olunanlardır. Həllini tapmayan sorğular da var. Mənim seçicilərim məcburi köçkünlər olduğuna görə, mənzil, məişət, sosial və işsizlik məsələləri ilə bağlı müraciətlər olur. Mən də həmin müraciətlər əsasında dövlət orqanlarına sorğular göndərirəm. Cavabsız qalan sorğum isə yoxdur”.

 

 Mirmahmud KAZIMOĞLU


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
30.04.2017, 20:25

Merkel kralla İŞİD-lə mübarizəni müzakirə etdi

30.04.2017, 20:14

İmtahanın nəticələri yaxın 3 gündə açıqlanacaq

30.04.2017, 19:58

«Bakı Marafonu 2017» - Fotoreportaj

30.04.2017, 18:38

Yevlaxda əl qumbarası tapılıb

30.04.2017, 18:33

Binəqədidə mənzildə kişi cəsədi tapılıb

30.04.2017, 18:29

Cocuq Mərcanlıda tank əleyhinə mina tapılıb-FOTO

30.04.2017, 18:02

Marina Le Pen: Fransa "Avro"dan imtina etməlidir

30.04.2017, 17:28

ABŞ-da qasırğa: 5 nəfər ölüb, 50 nəfər yaralanıb

30.04.2017, 16:55

Bu gün keçirilən qəbul imtahanlarında qüsurlar aşkarlanıb

30.04.2017, 15:50

Kürdəmirdə qadın pambıq tarlasında faciəvi şəkildə ölüb

30.04.2017, 15:39

Millimizin IV İslam Həmrəyliyi Oyunlarında HEYƏTİ

30.04.2017, 15:30

Azərbaycanda təhsil alan tələbələrin sayı AÇIQLANDI

30.04.2017, 15:26

Sürücülərin nəzərinə: sabahdan Bakıda 25 günlük qadağa qüvvəyə minir

30.04.2017, 15:06

Dünyanın ən güclü orduları müəyyənləşib: Azərbaycan Silahlı Qüvvələri 59-cu dur

30.04.2017, 14:51

Nazirlikdən “Elba”ya yeni ittiham: ölü heyvandan kolbasa istehsal edirlər

30.04.2017, 14:30

Rusiya müxalifəti küçələrə çıxdı-FOTOLAR

30.04.2017, 13:37

Bakıda bədii gimnastika üzrə dünya kubokunun final mərhələsi keçirilir

30.04.2017, 13:17

Mehman Qələndərovun intihar etməsi ilə bağlı cinayət işi başlanıb

30.04.2017, 12:38

Azərbaycanda pambıqçılığın inkişafı üçün hər cür şərait var...

30.04.2017, 12:13

Pakistanda avtobus dərəyə aşdı: 11 ölü

30.04.2017, 12:03

Xəzərdən başlayan səyahət Qusara yetişdi

30.04.2017, 11:55

Sabahın hava PROQNOZU

30.04.2017, 11:37

“Bakı Marafonu-2017”nin kişi və qadınlar üzrə qalibləri müəyyənləşib-SİYAHI

30.04.2017, 11:00

Milli Məclisin deputatları Avropa İttifaqının sessiyasında iştirak edəcəklər

30.04.2017, 10:51

Zabratdakı Vertolyot Meydançasının rəisi dostunu öldürüb

30.04.2017, 10:45

"Bakı Marafonu xalqımız üçün çox vacib tədbirdir".

30.04.2017, 10:36

Tramp müxbirləri "tələyə saldığını" deyib

30.04.2017, 10:13

Ermənistan silahlı bölmələri atəşkəsi 112 dəfə pozub

30.04.2017, 10:09

Gəncədə özünü qatarın altına atan kişi dünyasını dəyişib

30.04.2017, 09:55

"Bakı Marafonu 2017" başlayır

30.04.2017, 09:15

Bu gün ali məktəblərə qəbul imtahanı keçirilir

30.04.2017, 01:03

Ağır atletika üzrə Azərbaycan birinciliyi yekunlaşdı

30.04.2017, 00:43

Kubada yoxa çıxan təyyarə qəzaya uğrayıb: 8 ölü, Yenilənib

30.04.2017, 00:26

Polad Bülbüloğlu Türkmənistanın Xalq artisti oldu

30.04.2017, 00:09

ADNA terroru: 12 nəfərin qətlinin anım günü

ARXİV