Modern.az

Üzərində “Milli Bank” yazılmış əskinaslar niyə dəyişdirilmir? - FOTO

Üzərində “Milli Bank” yazılmış əskinaslar niyə dəyişdirilmir? - FOTO

9 Yanvar 2017, 15:28

Hazırda Azərbaycanda tədavüldə olan milli valyutanın – manatın üzərində ölkənin əsas bankının adı iki cür yazılıb - “Milli Bank” və “Mərkəzi Bank” kimi.

Qeyd edək ki, 18 mart 2009-cu il tarixində keçirilmiş ümumxalq referendumunun nəticəsinə əsasən Milli Bankın adı dəyişdirilərək Mərkəzi Bank edilib.

Aradan 8 il keçməsinə baxmayaraq bəzi pulların, xüsusən də iri nominallı manatın üzərindəki “Milli Bankı" yazısı hələ də dəyişdirilməyib.

Bu qanunla nə dərəcədə doğrudur?

Məsələ ilə bağlı Modern.az saytına Milli Məclisin  İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov açıqlama verib.

Deputat deyib ki, əsas bankın adının dəyişdirilməsindən sonra milli valyutada da bu dəyişiklik əks olunmalıydı:

“Bunun üçün sifarişlərin edilməsi müəyyən vaxt tələb edir. Ola bilsin ki, pulların üzərindəki “Milli Bank" yazısının dəyişdirilməməsi bununla əlaqədardır. Qanunla pul-kredit siyasətində siyahıdakı təşkilat "Azərbaycan Respublikasının Mərkəzi Bankı"dır. Ona görə də milli valyutanın üzərindəki Milli Bank yazısı dəyişdirilməlidir”.

Vahid Əhmədov bildirib ki, növbəti sifariş zamanı yəqin ki, bu nəzərə alınacaq.

Bəs Azərbaycan Mərkəzi Bankı üzərində “Milli Bank” sözü yazılmış əskinasları nə zaman dövriyyədən çıxaracaq?

Baş bankdan Modern.az-ın bununla bağlı sualanı yazılı şəkildə tələb ediblər.


Mirmahmud KAZIMOĞLU

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı