Modern.az

Fuad Qəhrəmanlı və Taleh Bağırova bəraət istənildi

Fuad Qəhrəmanlı və Taleh Bağırova bəraət istənildi

Aktual

9 Yanvar 2017, 18:55

 Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrinə görə həbs edilən “Müsəlman Birliyi” adlı təşkilatın sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı və başqa 16 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

Modern.az-ın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən F.Qəhrəmanlının vəkili Nemət Kərimli, Ş.Abduləliyevin vəkili Zibeydə Sadıqova və T.Bağırovun vəkili Yalçın İmanov müdafiə çıxışı ediblər. Vəkillər hüquqlarını müdafiə etdikləri şəxslərin barəsində irəli sürülmüş ittihamın əsasasız olduğunu deyiblər. Vəkillər bildiriblər ki, həmin ittihamlar sübuta yetirlməyib və təqsirləndirilən şəxslərin əməllərində cinayət təqibi yoxdur. Onlar müdafiə etdikləri şəxslərin barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər. 

 

Məhkəmənin növbəti iclası yanvarın 11-nə təyin edilib.

Xatırladaq ki, ötən məhkəmə iclasında dövlət ittihamçısı çıxışında T.Bağırovun ömürlük, F.Qəhrəmanlının 11 il, A.Hüseynovun 20 il, C.Cabbarovun 19 il, R.Cəbrayılovun 17 il, R.Yarıyevin 10 il, Ş.Abduləliyevin, Z.Mustafayevin, C.Babakişizadənin, A.Quliyevin, İ.Xudaverdiyevin, E.İsmayılovun, B.Quliyevin, Ə.Nuriyevin, Ə.Vəliyevin, F.Balayevin, A.Tağıyevin hər birinin 15 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər