Modern.az

Belarus 80 ölkə ilə vizasız rejimə keçir

Belarus 80 ölkə ilə vizasız rejimə keçir

Dünya

9 Yanvar 2017, 20:41

Belarus prezidenti Aleksandr Lukaşenko “Xarici vətəndaşların ölkəyə girişinin vizasız rejiminin yaradılması” barədə fərman imzalayıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, fərman nəşr olunduğu gündən bir ay sonra qüvvəyə minəcək.

Fərmanda qeyd olunur ki, 80 ölkənin vətəndaşları beş gün müddətinə Belarusa vizasız daxil ola bilər. Bu fərman Avropanın 39 ölkəsinə, eləcə də Braziliya, İndoneziya, ABŞ, Yaponiya və digər ölkələrə şamil olunur.

Belarus prezidentinin mətbuat xidmətinin məlumatına görə, bu addım xarici biznesmenlərin və turistlərin ölkəyə səfərlərinin artırılması məqsədilə atılıb.

 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər