Modern.az

Leysan yağışları Tailandı fəlakət zonasına çevirib

Leysan yağışları Tailandı fəlakət zonasına çevirib

9 Yanvar 2017, 22:09

Tailandda təbii fəlakətdən 1 milyondan çox insan zərər çəkib. Modern.az xariici mediaya istinadən xəbər verir ki, musson yağışları nəticəsində ölkənin 10 əyalətini fəlakət zonasına çevirib.

400-dən çox yaşayış məntəqəsi su altında qalıb.

Ölkənin cənub əyalətlərində su basması səbəbindən artıq 20-dən çox yerli sakin həlak olub.

Təbii fəlakətin cənginə aldığı rayonlarda, ümumilikdə milyona yaxın adam yaşayır. Oralarda hava limanları bağlıdır, dəmir yolu ilə əlaqə dayandırılıb.

Bəzi rayonlarda kommunikasiya sistemi tamamilə pozulub.

Proqnoza görə, güclü yağış yanvarın 10-na qədər davam edəcək.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi