Modern.az

Çində "donuz kralı" seçilib

Çində "donuz kralı" seçilib

Dünya

9 Yanvar 2017, 22:45

750 kiloqramlıq nəhəng donuz Çinin Çjençjou şəhərində başa çatan müsabiqədə “donuz kralı” titulunu qazanıb. Modern.az xarici mediaya istinadən bildirir ki, qalibin ləqəbi açıqlanmır. Yalnız onun ölçüləri məlumdur – 2,1 metr uzunluğundadır və boyu 1,05 metrdir.

Əsas mükafat uğrunda onlarla xüsusi seçilən donuz yarışıb. Yeni elan olunan “kral”ın qələbəsinə görə hansısa üstünlük əldə edib-etməyəcəyi məlum deyil.

 

2014-cü ilin sentyabr ayında Çinin İçan şəhərində toyuqlar arasında gözəllik müsabiqəsi keçirilib. O zaman qanadlı qarabuğdayı qalib elan olunub.

Bundan sonra müsabiqə iştirakçıları olan toyuqlar hərracda satılıblar. Gözəllik kraliçası 5 min yuana satılıb.

 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır