ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp kürəkəninə vəzifə verir. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, Cared Kuşner yeni Vaşinqton administrasiyasında böyük məsləhətçi vəzifəsini tutacaq. Bununla bağlı jurnalistlərin sualını Tramp cavablandırmayıb.
Qeyd edək ki, sahibkar və milyonçu Cared Kuşner Trampın qızı İvankanın həyat yoldaşıdır. Yanvarın 10-da onun 36 yaşı tamam olacaq.
Modern.az