Modern.az

Güllələnən Rusiya səfirinin adına Ankarada küçə

Güllələnən Rusiya səfirinin adına Ankarada küçə

9 Yanvar 2017, 23:37

Ankarada Rusiya səfirliyinin yerləşdiyi küçəyə səfir Andrey Karlovun adı verilib. Modern.az saytı Rusiya mediasına istinadən xəbər verir ki, bununla bağlı qərar Ankara şəhər bələdiyyəsinin yığıncağında yekdilliklə qəbul edilib.

 

Qeyd edək ki, həmin küçəyə Andrey Karlovun adının verilməsinə dair təşəbbüslə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış edib.

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da Ankarada Müasir Sənət Mərkəzində rəsm sərgisinin açılışında çıxış edərkən öldürülüb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?