Modern.az

Rusiyanın Yunanıstandakı konsulu mənzilində ölü tapılıb

Rusiyanın Yunanıstandakı konsulu mənzilində ölü tapılıb

9 Yanvar 2017, 23:53

Rusiyanın Yunanıstandakı konsulu yaşadığı mənzildə ölü tapılıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, konsul Andrey Malanın meyiti Afinadakı mənzilindən tapılıb.

Məlumata görə, səhər işə gəlməyən konsula edilən telefon zəngləri də cavabsız qalıb. Bundan sonra konsulun yaşadığı mənzilə üz tutan həmkarları onun cansız meyiti ilə qarşılaşıblar.

 

Afina polisinin məlumatına görə, 55 yaşlı diplomat təbii səbəblərdən dünyasını dəyişib.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub