Modern.az

Tramp Rusiya milyarderlərini varlandırdı

Tramp Rusiya milyarderlərini varlandırdı

Dünya

10 Yanvar 2017, 09:47

Donald Trampın ABŞ-dakı president seçkilərində qələbəsindən sonra Rusiya milyarderlərinin varidatı 29 milyard dollar çoxalıb.

Modern.az bildirir ki, “Forbes”in yazdığına görə, bu artım milli valyutanın möhkəmlənməsi və Rusiya qiymətli kağızlarının dəyərinin artması ilə bağlıdır.

 

Məsələn, NOVATEK-in səhmlərinin 16 faiz artması nəticəsində “Gunvor” neft treyderinin keçmiş səhmdarı Gennadi Timçenkonun payı 23 faiz artaraq 1,8 milyard dollara çatıb.

“Forbes”in qeyd etdiyinə görə, Timçenko “Gunvor”un ona məxsus 43 faiz payını satdıqdan sonra iş adamının vəziyyətində dəyişiklikləri izləməyə gündəlik əsasda çətin olub.

“Forbes”in 2016-cı il versiyası üzrə Rusiyanın 200 varlı biznesmeninin siyahısında Timçenko 11,4 milyard dollarla beşinci sırada olub. Həmin materialın çap olunduğu anda isə onun varidatının həcmi 15,1 milyard dollar dəyərləndirilib.

2016-cı il noyabrın 8-dən sonra öz varidatını hamıdan çox artıran NOVATEK-in idarə heyətinin sədri Leonid Mixelsondur. Onun səhmlərinin dəyəri 1,9 milyard dollar artaraq 18,2 milyarda çatıb. Mixelson Rusiyanın varlı biznesmenləri arasında 2016-cı ildə 14,4 milyard dollarla birinci yeri tutub.

“Severstal”ın direktorlar şurasının sədri Aleksey Mordaşovun varidatı 1,6 milyard, NLMK-nın rəhbəri Vladimir Lisinin varidatı 1,4 milyard dollar artıb.

Bu zaman sonuncu Trampın qələbəsindən sonrakı 3 gündə təxminən 830 milyon dollar varlanıb.

Trampın seçilməsindən sonra Rusiya milyarderlərinin ümumi vəziyyəti 29 milyard dollar çoxalıb.

“Forbes” qeyd edir ki, Rusiya milyarderlərinin daha da varlanmasına Rusiya rublunun möhkəmlənməsi də yardımçı olub.


Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!