25 sentyabr 2017, Bazar ertəsi
Ana Səhifə - ÖLKƏ - Fərəc Quliyevin MDHP-si: “Sadəcə maşınımız dəyişdi” – RUBRİKA
Fərəc Quliyevin MDHP-si: “Sadəcə maşınımız dəyişdi” – RUBRİKA
10.01.2017, 10:55

Siyasi partiyalar məqsədi, məramı, ideyası olanların toplaşdığı bir məkandır. İllərdir ki, cəmiyyətdə siyasi çəkiyə malik olanların siyasi iradə formalaşdırmağa çalışdıqları ortadadır. Bir partiyanı ərsəyə gətirmək, onu cəmiyyətə təqdim etmək elə də asan deyil. İşin mənəvi tərəfi kimi, maddi tərəfi də var.
Partiyalar, həm də vətəndaş cəmiyyətinin və hüquqi dövlətin əsas təsisatlarından biridir. 

Bəs Azərbaycanda siyasi partiyalar necə yaranıb və onlara adı kim qoyub?

Modern.az saytı “...partiyamızdır” rubrikasında növbəti yazını təqdim edirik. Bu dəfə Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP) barədə bəhs edəcəyik.

MDHP 2003-cü ildə yaradılıb. Partiyanın yaradıcısı və hazırkı sədri Milli Məclisin deputatı Fərəc Quliyevdir. 

“Partiyamız fərqli yolla gedib”


Fərəc Quliyev deyib ki, əslində, partiya ilə bağlı hazırlıqlara 2002-ci ildə başlanılıb.

“Azərbaycan Xalq Cəbhəsi hərəkatında olmuşuq. Bu hərəkat sonradan partiyaya çevrildi. Həbs olunduğum müddətdə bu partiya dağıldı. Həbsdən qayıdandan sonra öz silahdaşlarımla bölünmüş təşkilatda tərəfdaş kimi çalışmaq istəmədik. Yeni bir partiyanı formalaşdırdıq. 2002-ci ildən artıq partiyanın yaradılması üçün hazırlıqlara başladıq. Təşkilat komitəsi yarandı. 2005-ci ildə isə ilk qurultayımızı keçirdik. Partiyanın adını ona görə belə qoyduq ki, millətin dirçəlişində fasilə olmaz. Millət daima dirçəlməli, kamilləşməli və inkişafda olmalıdır. Hansı sahədə olursa-olsun bu belə olmalıdır. Ona görə də dirçəlmək paltformasını seçdik.

Bizim partiyamızda heç zaman təkrarçılığa yol verməmişik. Fərqli yolla getmişik. Bizim partiya yeganə partiyadır ki departament institutuna əsaslanır. Güney Azərbaycan, Dağlıq Qarabağ, Qərbi Azərbaycan, Türk dünyası və sairə departamentlər var. Azərbaycanın problemlərinə köklənmiş bir partiyayıq. Bu sahələrdə də fəaliyyətimiz var. Bunlar müstəqil departamentlərimizdir. Başqa partiyalarda belə şey yoxdur. Məsələn, Borçalı Departamentinin vasitəsi ilə Borçalıda yaşayan soydaşlarımıza sahib çıxırıq. Baxmayaraq ki, onlar partiya üzvü deyil. Biz hər zaman çalışmışıq ki, Azərbaycan problemlərinə adekvat bir təşkilat quraq”.

“Siyasətdə yeni adamlar deyilik”


Deputatın sözlərinə görə, partiya yaranan gündən bəri yolunu dəyişməyib.

“Biz 1980-ci ildən siyasətdə olan insanlarıq. Xalq hərəkatında, Azərbaycan Xalq Cəbhəsi təşkilatında fəaliyyət göstərmişik. İndiki Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə xalq hərəkatındakı xalq cəbhəsini qarışdırırlar. O zaman Azərbaycan xalq cəbhəsini təsis edən 64 nəfərdən biri mənəm.

Amma indi AXCP-də bir nəfər də təsisçi yoxdur. Bu fərqli bir şeydir. Köhnə silahdaşlar olaraq birləşib siyasətdə yeni təşkilat yaratmağımıza baxmayaraq, heç birimiz siyasətdə yeni adamlar deyilik. Çox məşhur simalar təmsil olundular. Onlar indi də var. Məsələn, Şakir Ağayevi götürək. 20 Yanvar hadisələri zamanı bütün şəhidlərin tabutunu hazırlatdıran adamdır. Keçmiş Nazir müavini Bayram Abbasov, Tahir Seyidov və sairə dostları göstərmək olar. Köhnə insanlarla yeni formatda işimizi görməyə başladıq. Yolumuz dəyişmədi. Sadəcə, maşınımızı dəyişdik”.

Partiyanın maliyyə çətinlikləri


Fərəc Quliyev, partiyanın maliyyə çətinliklərindən də söz açıb.

“Partiya yarananda maliyyə çətinliklərimiz olub. Ölkənin 55 rayonunda bazalarımız var. Parlament seçkilərində seçkiyə ən çox namizədlə - 63 nəfərlə qatılan ikinci təşkilat idik. Yaranma ərəfəsində çətinliklərimiz olsa da, partiyadaşlarımızın, iş adamlarının köməkliyi ilə çətinliyin öhdəsindən gələ bildik”.

Partiyanın fəal qadınları


Fərəc Quliyev, partiyasında təmsil olunan qadınlardan da danışıb.
“Partiya yarananda daha fərqli sistem qurduq. Bizim Qərbi Azərbaycan departamentinin özünün qadın qolu, Qarabağ departamentinin özünün qadın qolu var idi. Bunlar da əsasən fəal qadınlar idi. Bütün rayon şöbələrində olan qadınlar partiyamızda təmsil olunurdu. Bu təmsil olunma bu gün də davam edir. Qadın təmsilçilərimiz parlament və bələdiyyə seçkilərində fəal iştirak ediblər. Dairə və məntəqə seçki komissiyalarında təmsil olundular”.

 

Namidə BİNGÖL


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
İraq Kərkükə qoşun yeridəcək
25.09.2017, 18:57

İraq Kərkükə qoşun yeridəcək

Cəlilabadda iki uşaq atası özünü asdı
25.09.2017, 18:47

Cəlilabadda iki uşaq atası özünü asdı

Ziya Məmmədovun səlahiyyətlərindən Heydər Əsədova da pay düşdü
25.09.2017, 18:30

Ziya Məmmədovun səlahiyyətlərindən Heydər Əsədova da pay düşdü

Neftçalada binaların təmirinə 3 milyon manat ayrıldı
25.09.2017, 18:21

Neftçalada binaların təmirinə 3 milyon manat ayrıldı

Hərbi rütbədən, fəxri addan, dövlət təltifindən məhrumetmə ilə bağlı DƏYİŞİKLİK   
25.09.2017, 18:17

Hərbi rütbədən, fəxri addan, dövlət təltifindən məhrumetmə ilə bağlı DƏYİŞİKLİK  

Prezident Neftçalada yol tikintisinə 21,5 milyon manat ayırdı
25.09.2017, 18:09

Prezident Neftçalada yol tikintisinə 21,5 milyon manat ayırdı

Rüfət Abbasov Maliyyə Bazarlarına Nəzarət Palatasından çıxıb
25.09.2017, 18:02

Rüfət Abbasov Maliyyə Bazarlarına Nəzarət Palatasından çıxıb

I qrup əlillər və hərbi qulluqçularla bağlı YENİLİK    
25.09.2017, 17:53

I qrup əlillər və hərbi qulluqçularla bağlı YENİLİK  

“Universitetlərdə idmançıların təhsili üçün plan yeri ayrılsın” - TƏKLİF
25.09.2017, 17:48

“Universitetlərdə idmançıların təhsili üçün plan yeri ayrılsın” - TƏKLİF

Azərbaycanlı idmançı İngiltərədə təşkilat yaratdı
25.09.2017, 17:40

Azərbaycanlı idmançı İngiltərədə təşkilat yaratdı

Polis “Qarabağ”–“Roma” matçının tamaşaçılarına müraciət etdi
25.09.2017, 17:38

Polis “Qarabağ”–“Roma” matçının tamaşaçılarına müraciət etdi

Rusiyalı çempionu öldürən azərbaycanlının həbs görüntüsü yayıldı - VİDEO
25.09.2017, 17:31

Rusiyalı çempionu öldürən azərbaycanlının həbs görüntüsü yayıldı - VİDEO

Putin Ərdoğanla Ankarada görüşəcək
25.09.2017, 17:30

Putin Ərdoğanla Ankarada görüşəcək

“Qarabağ"ın “Roma” ilə oyundan öncəki son məşqi bu saatda olacaq   
25.09.2017, 17:27

“Qarabağ"ın “Roma” ilə oyundan öncəki son məşqi bu saatda olacaq  

Milli Məclisin komitə sədrindən açıqlama: “Tələbələrlə bağlı bu məsələ bizi çox narahat edir”
25.09.2017, 17:26

Milli Məclisin komitə sədrindən açıqlama: “Tələbələrlə bağlı bu məsələ bizi çox narahat edir”

Manat və dolların məzənnəsi dəyişmədi
25.09.2017, 17:14

Manat və dolların məzənnəsi dəyişmədi

İstanbul metrosunda yanğın - FOTO
25.09.2017, 17:06

İstanbul metrosunda yanğın - FOTO

“Qarabağ”-“Roma” oyununun tamaşaçıları pulsuz daşınacaq   
25.09.2017, 16:57

“Qarabağ”-“Roma” oyununun tamaşaçıları pulsuz daşınacaq  

Hər kişiyə 2 qadın düşən ölkələr - MARAQLI
25.09.2017, 16:56

Hər kişiyə 2 qadın düşən ölkələr - MARAQLI

Bakıda qadının maşını qaçırıldı 
25.09.2017, 16:46

Bakıda qadının maşını qaçırıldı 

Almaniyadakı “Naxçıvan” Futbol Klubunu Frenk Elkaponi yaradıb?
25.09.2017, 16:40

Almaniyadakı “Naxçıvan” Futbol Klubunu Frenk Elkaponi yaradıb?

Türkiyənin müdafiə naziri Azərbaycana gəlir
25.09.2017, 16:35

Türkiyənin müdafiə naziri Azərbaycana gəlir

Zibildaşıyan maşınlar Bakını zibilləyir
25.09.2017, 16:21

Zibildaşıyan maşınlar Bakını zibilləyir

Putinlə Nazarbayev Suriyanı müzakirə etdi
25.09.2017, 16:08

Putinlə Nazarbayev Suriyanı müzakirə etdi

Oftalmoloq: “Kitab oxumaqla heç vaxt insanın gözü zəifləməz” - MÜSAHİBƏ
25.09.2017, 15:57

Oftalmoloq: “Kitab oxumaqla heç vaxt insanın gözü zəifləməz” - MÜSAHİBƏ

Ərdoğandan İraq kürdlərinə XƏBƏRDARLIQ: “Neft tranzitini kəsərik!”
25.09.2017, 15:44

Ərdoğandan İraq kürdlərinə XƏBƏRDARLIQ: “Neft tranzitini kəsərik!”

Məhərrəmlikdə toya çağırsalar, gedərsiniz? - Müğənnilərdən maraqlı CAVABLAR   
25.09.2017, 15:42

Məhərrəmlikdə toya çağırsalar, gedərsiniz? - Müğənnilərdən maraqlı CAVABLAR  

Azərbaycanın Türkiyədəki keçmiş səfiri diplomatiyadan gedir...
25.09.2017, 15:18

Azərbaycanın Türkiyədəki keçmiş səfiri diplomatiyadan gedir...

Zibil yığanların ən çox pul qazandığı ölkələr - SİYAHI
25.09.2017, 15:16

Zibil yığanların ən çox pul qazandığı ölkələr - SİYAHI

“Böyük İpək Yolu Gənclər Düşərgəsi” keçirilib
25.09.2017, 15:14

“Böyük İpək Yolu Gənclər Düşərgəsi” keçirilib

Etibar Məmmədov AMİP sədrliyinə qayıdır?..   
25.09.2017, 15:08

Etibar Məmmədov AMİP sədrliyinə qayıdır?..  

İki erməni əsgər güllələnib
25.09.2017, 14:56

İki erməni əsgər güllələnib

Ermənistanda partlayış: yaralananlar var
25.09.2017, 14:49

Ermənistanda partlayış: yaralananlar var

Atalar və övladlar - “Avtobusda bir kişi atamın qulağına pıçıldadı ki, Adil Mirseyid intihar edib” - LAYİHƏ    
25.09.2017, 14:44

Atalar və övladlar - “Avtobusda bir kişi atamın qulağına pıçıldadı ki, Adil Mirseyid intihar edib” - LAYİHƏ  

Beynəlxalq Xəzəryanı gənclər forumu başa çatdı
25.09.2017, 14:35

Beynəlxalq Xəzəryanı gənclər forumu başa çatdı

ARXİV
SORĞU
Qarabağ” - “Roma” oyunundan nə gözləyirsiniz?
Heç-heçə(58.8%)
“Qarabağ” qələbə qazanacaq(29.4%)
“Roma” qalib gələcək(11.7%)