22 sentyabr 2018, Şənbə
Ana Səhifə - MÜSAHİBƏ - “Viaqra”dan ölənlər kimlərdir? - Həkim: “Bizə 18 yaşdan 70 yaşa kimi müraciətlər olur”
“Viaqra”dan ölənlər kimlərdir? - Həkim: “Bizə 18 yaşdan 70 yaşa kimi müraciətlər olur”
10.01.2017, 11:23

Son illərin müşahidə və araşdırmaları onu göstərir ki, cinsi aktivliyi artıran dərmanlara tələbat artıb. Söhbət təkcə xarici ölkələrdən getmir. Tibb işçiləri deyirlər ki, Azərbaycanda da bu tipli preparatlardan istifadə edənlərin sayında hər il artım qeydə alınır. Bunu apteklərin satıcıları, androloq həkimlər də təsdiqləyirlər.

Amma bu dərmanlardan istifadə bəzən ölüm halları da yarada bilir. Modern.az saytına daxil olan qeyri-rəsmi məlumatlarda bildirilir ki, son illər Azərbaycanda bir neçə dəfə “Viaqra” və onun tipli dərmanlardan ölüm halı baş verib. Amma bu hadisələr zaman ölüm səbəbləri gizli saxlanılıb. Ölənlərin imkanlı təbəqədən olan yaşlı kişilər olduğu vurğulanır. Qeyd olunur ki, həmin şəxslər cinsi ekstaza çatmaq üçün “Viaqra”, “Kamagra”, “Kanvertan”, “Venegra”, “Vizarsin” və bu kateqoriyadan olan digər adda preparatları dozadan artıq istifadə etmələri səbəbindən infarkt və digər hallara düşüblər ki, bu da sonda ölümə yol açıb.


Modern.az saytı rəsmi qurumlardan bu məsləyə rəy ala bilməyib. Yəni,  cinsi aktivliyi artıran dərmanlardan ölüm hallarınə təbii olaraq rəsmən təsdiqləyən qurum olmayıb. Amma həkimlər belə halları istisna etmirlər.


Məsələ ilə bağlı Modern.az saytının suallarını tibb üzrə fəlsəfə doktoru, androloq Rauf Rzayev cavablandırıb.

 

- “Viaqra” və onun tipli dərmanlar ölümə səbəb ola bilərmi?

- Bəli. Bu dərmanları normadan artıq qəbul edən zaman həmin şəxs infakt ola bilər. Həmçinin,  təzyiqin qalxmasından asılı olaraq, beyinə qan sıza bilər. Bu da ölümlə nəticələnə bilər.

- Bu dərmanlar hansı dozada qəbul olunmalıdır?

- Dozalar individual seçilir. Yəni dozalar həkim tərəfindən seçilməlidir. Xəstə tərəfindən yox. Xəstəni müayinə edəndən sonra həmin dozanı ona vermək lazımdır. Elə xəstə var ki, ona, 20 ml qram təsir edir, eləsi də var ki, 100 ml qram. Özbaşına olaraq həmin dərmanlardan istifadə etmək qadağandır. Bu, insan həyatı üçün təhlükəlidir.

- Cinsi zəiflik yoxdursa, bu dərmanlardan istifadə oluna bilərmi?

- “Viaqra” preparatı ilk dəfə ürək dərmanı kimi kəşf olunub. Əgər cinsi zəiflik yoxdursa, ürək xəstəliklərində 25 ml qramlıqda təyin olunur. Ağciyər ürəyi və kiçik qan dövranında durğunluq olarsa, ürək xəstəliklərində təyin olunur. Ancaq cinsi fəaliyyət normaldırsa, bunların qəbul olunması məqsədə uyğun deyil.

- Bu dərmanlardan daha çox qadınlar istifadə edirlər, yoxsa kişilər?

- Daha çox kişilər istifadə edirlər. Son dövrlərdə psixoliji cinsi fəaliyyətin pozulması psixogen faktorlu cinsi məsələlərdə də özünü biruzə verir. Ona görə də bu dərmanlardan daha çox kişilər qəbul edirlər. Həmçinin, son zamanlarda erkən boşalma xeyli cavanlaşıb. Ona görə də bizə bununla bağlı 18 yaşdan 70 yaşa kimi müraciətlər olur.
Qadınlardan da hətta bizə müraciətlər daxil olur. Onlar əsasən vağına quruluğu, orqazma çatmama hallarından şikayət edirlər. Bu dərmanlar isə qadın dərmanları deyil. Onlar üçün digər dərmanlar var.

- Belə deyirlər ki, “viaqra”dan cinsi aktivliyi zəifləyən yaşlı kişilər daha çox istifadə edirlər. Bəs gənclərdən də bu dərmanlardan istifadə edənlər varmı?

- Son dövrlər bu dərmanlardan istifadə edən gənclərin sayı artıb. Çox təəssüflər olsun ki, bu gün bir çox gənclər həkim məsləhəti olmadan apteklərdən bu dərmanlardan alıb, istifadə edirlər.  Bu da gələcəkdə çox böyük mənfi təsirlərə gətirib çıxarır.

- Söhbət hansı mənfi təsirlərdən gedir?

 -İlk növbədə bu dərmanlar asılılıq yaradır. Hər bir dərmanın fiziki və psixoloji asılılığı var. Fiziki asılılıq ondan ibarətdir ki, özünün təbii seksual effektini görə bilmir. Psixoliji tərəfdən isə xəstə o dərmanı qəbul etmədikdə özgüvəni azalır. Əgər bir gənc o dərmanı, 3-4 dəfədən artıq qəbul edərsə, onda qorxu hissi olacaq.

- Belə darmanların hansısa orqanlara da təsiri ola bilər?

- Bəli ola bilər. Bu dərmanlar elə xəstə var ki, onda təzyiqi aşağı salır, bəzən də yuxarı qaldırır. Bu da orqanlarda problemin yaranmasına gətirib çıxarır. İlk növbədə də ürəkdə. Həmçinin bütün dərmanların qara ciyərə ziyanı var. Bu dərmanlar da həmçinin  qaraciyərin sıradan çıxmasına gətirib çıxara bilər.

 

 

Mirmahmud KAZIMOĞLU

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
ABŞ-da həyəcan TƏBİLİ: 2024-cü ildə ölkə müdafiəsiz qalacaq
22.09.2018, 09:11

ABŞ-da həyəcan TƏBİLİ: 2024-cü ildə ölkə müdafiəsiz qalacaq

Jurnalist qətlə yetirildi
22.09.2018, 09:02

Jurnalist qətlə yetirildi

Bu ölkədə fövqəladə vəziyyət rejiminin fəaliyyəti genişləndirilib
22.09.2018, 08:56

Bu ölkədə fövqəladə vəziyyət rejiminin fəaliyyəti genişləndirilib

ABŞ-da "Florens" qasırğasının qurbanlarının sayı 43-ə çatıb
22.09.2018, 08:51

ABŞ-da "Florens" qasırğasının qurbanlarının sayı 43-ə çatıb

Tramp BMT-nin İranla bağlı iclasına sədrlik edəcək
22.09.2018, 00:59

Tramp BMT-nin İranla bağlı iclasına sədrlik edəcək

Törətmədiyi cinayətə görə 27 il cəza çəkən şəxs azadlığa çıxdı
22.09.2018, 00:43

Törətmədiyi cinayətə görə 27 il cəza çəkən şəxs azadlığa çıxdı

Hərbi təyyarə qəzaya uğradı: 2 ölü
22.09.2018, 00:22

Hərbi təyyarə qəzaya uğradı: 2 ölü

Türkiyə ordusu bir həftədə  56 terrorçu zərərsizləşdirdi
22.09.2018, 00:04

Türkiyə ordusu bir həftədə  56 terrorçu zərərsizləşdirdi

Sumqayıtda kişi özünü damdan atmaq istədi, amma ...
21.09.2018, 23:51

Sumqayıtda kişi özünü damdan atmaq istədi, amma ...

Jirinovski terrorçuları maliyyələşdirməkdə ittiham olunur
21.09.2018, 23:39

Jirinovski terrorçuları maliyyələşdirməkdə ittiham olunur

Xanımlar Putinə belə mane oldu - VİDEO
21.09.2018, 23:23

Xanımlar Putinə belə mane oldu - VİDEO

Şəmkirdə 18 yaşlı qız intihar etdi
21.09.2018, 23:11

Şəmkirdə 18 yaşlı qız intihar etdi

Şeyx Azərbaycan-Küveyt mənəvi əlaqələrini müzakirə etdi
21.09.2018, 22:57

Şeyx Azərbaycan-Küveyt mənəvi əlaqələrini müzakirə etdi

Bərə qəzasında ölənlərin sayı 136-ya çatdı: 4 günlük matəm
21.09.2018, 22:42

Bərə qəzasında ölənlərin sayı 136-ya çatdı: 4 günlük matəm

Azərbaycanda əməliyyat edilən xəstələrin sayı 3 dəfəyədək artıb
21.09.2018, 22:23

Azərbaycanda əməliyyat edilən xəstələrin sayı 3 dəfəyədək artıb

Nazir azərbaycanlı abituriyentlərin problemini nəzarətə götürdü
21.09.2018, 22:07

Nazir azərbaycanlı abituriyentlərin problemini nəzarətə götürdü

Türkiyə Almaniya ilə münasibətləri normallaşdırır
21.09.2018, 21:46

Türkiyə Almaniya ilə münasibətləri normallaşdırır

Qurban Qurbanov FİFA-nın tədbirindən imtina etdi
21.09.2018, 21:23

Qurban Qurbanov FİFA-nın tədbirindən imtina etdi

Göylər kəndində yeni tibb məntəqəsi açıldı
21.09.2018, 21:09

Göylər kəndində yeni tibb məntəqəsi açıldı

Qubada taxta sexinin sahibi cərimələndi
21.09.2018, 20:57

Qubada taxta sexinin sahibi cərimələndi

Bakıda Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin Forumu keçiriləcək
21.09.2018, 20:43

Bakıda Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin Forumu keçiriləcək

Bakıda NATO təlimləri - FOTOLAR
21.09.2018, 20:30

Bakıda NATO təlimləri - FOTOLAR

Ədliyyə naziri Ağstafada vətəndaşların şikayətlərini dinlədi
21.09.2018, 20:16

Ədliyyə naziri Ağstafada vətəndaşların şikayətlərini dinlədi

Liviyadakı toqquşmalarda 11 dinc sakin öldürüldü   
21.09.2018, 20:04

Liviyadakı toqquşmalarda 11 dinc sakin öldürüldü  

III Avropa Oyunlarına ev sahibliyi üçün namizədlərin qəbuluna start verilib
21.09.2018, 19:57

III Avropa Oyunlarına ev sahibliyi üçün namizədlərin qəbuluna start verilib

“Anadroid”də səhv tapanlara 3 milyon dollardan çox mükafat verilib
21.09.2018, 19:45

“Anadroid”də səhv tapanlara 3 milyon dollardan çox mükafat verilib

Bakıda daha bir ilk: bacı-qardaş dünya çempionu oldu
21.09.2018, 19:35

Bakıda daha bir ilk: bacı-qardaş dünya çempionu oldu

Avropa Liqasında ilk turun ən yaxşıları  - Foto
21.09.2018, 19:24

Avropa Liqasında ilk turun ən yaxşıları - Foto

Mərkəzi Bank dolların məzənnəsi barədə
21.09.2018, 19:14

Mərkəzi Bank dolların məzənnəsi barədə

Rihanna Barbadosun səfiri oldu
21.09.2018, 19:04

Rihanna Barbadosun səfiri oldu

Türkiyə prezidenti ABŞ-a gedir
21.09.2018, 18:53

Türkiyə prezidenti ABŞ-a gedir

Mars ekspedisiyasının bütün üzvləri əzabla öləcəklər - HESABAT
21.09.2018, 18:42

Mars ekspedisiyasının bütün üzvləri əzabla öləcəklər - HESABAT

Böyük summativ qiymətləndirmələr yalnız bu siniflərdə keçiriləcək - RƏSMİ
21.09.2018, 18:33

Böyük summativ qiymətləndirmələr yalnız bu siniflərdə keçiriləcək - RƏSMİ

Konstitusiya Məhkəməsi xarici valyuta ilə götürülən kreditlərlə bağlı qərarını açıqlayıb
21.09.2018, 18:22

Konstitusiya Məhkəməsi xarici valyuta ilə götürülən kreditlərlə bağlı qərarını açıqlayıb

Dövlət Turizm Agentliyi Aparatının işçilərinin say həddi müəyyənləşib
21.09.2018, 18:13

Dövlət Turizm Agentliyi Aparatının işçilərinin say həddi müəyyənləşib

ARXİV