Modern.az

Dünyadakı münaqişələr daha da çoxalacaq - İDDİA

Dünyadakı münaqişələr daha da çoxalacaq - İDDİA

10 Yanvar 2017, 11:37

Bəşəriyyəti qaranlıq və çətin gələcək gözləyir

 

Yaxın 5 ildə dövlətlər arasında və ayrı-ayrı ölkələr daxilində “soyuq müharibə” başa çatdıqdan sonra “görünməmiş səviyyədə” münaqişələrin yaranması riski var.

 

Modern.az xarici mediaya istinadən bildirir ki, bu, ABŞ-ın Milli Kəşfiyyatının ekspertlərinin təqdim etdikləri “Qlobal tendensiyalar: Paradoks tərəqqi" məruzəsində öz əksini tapıb.

 

Araşdırma müəllifləri əmindirlər ki, dünya düzəninin başlıca düşməni “antiqloballaşma” və  “millətçilik” olacaq.  Onların fikrincə, bəşəriyyət "qaranlıq və çətin gələcək" gözləyir.

 

Ekspertlər əsas problemlər arasında regional münaqişlələri, terrorçuluğu, Yer kürəsi əhalisinin gəlir səviyyəsinin artan fərqini, iqlim dəyişikliklərini sadalayırlar.

 

Analitiklərin fikrincə, terrorçuluq açıq-aşkar yeni strukturlar və formalar şəklində ortaya çıxır.

 

Bu səbəbdən yaxın 10 ildə əsas təhlükə “yeni ideyalar və texnologiyalarla silahlanacaq” kiçik qruplardan və təkbaşına fəaliyyət göstərəcək fanatlardan gözlənilir.  

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!