23 aprel 2017, Bazar
Ana Səhifə - İQTİSADİYYAT - Banklar niyə dollar satmır? - İki səlahiyyətli dövlət qurumundan AÇIQLAMA
Banklar niyə dollar satmır? - İki səlahiyyətli dövlət qurumundan AÇIQLAMA
10.01.2017, 12:00

Hazırda Azərbaycanın bank sistemi iflic vəziyyətindədir. Kommersiya bankları dollar satışını dayandırıb. Az bir qismi isə dolları limitlə satır. “Qara bazar”ın da qara günləri başlayıb. Hüquq-mühafizə orqanları mütəmadi reydlər keçirərək,  “qara bazar”da dollar satışı həyata keçirənləri saxlayırlar. Kommersiya bankları dollar satmır, “qara bazar” məhdudlaşıb, bəs insanlar xaricə pul köçürmələrini, səfərlərini necə həyata keçirsinlər?

Ümumiyyətlə, proses nə vaxtadək davam edəcək? 

Modern.az-ın bu qəbildən olan sualına Azərbaycanın maliyyə sisteminə cavabdeh olan iki qurum “səlahiyyətimiz xaricindədir” deməklə yaxa qurtarıb...

 

“Dollar alıb-satmaq Mərkəzi Bankın səlahiyyəti xaricindədir”

 

Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev Modern.az-a açıqlamasında deyib ki, dollar satmaq təmsil etdiyi qurumun səlahiyyətləri çərçivəsində deyil:

“Mərkəzi Bank kommersiya banklarına, onların dollar satıb-satmamasına nəzarət etmir. Çünki bu, bizim səlahiyyətlərimiz xaricindədir. Biz individual olaraq kommersiya bankları ilə işləmirik. Biz məzənnə siyasəti həyata keçiririk”.

 

“Banklar dollar satmırsa, demək dollar yoxdur”

 

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) müşaviri Rüfət Abbasov Modern.az-a deyib ki, qurum valyuta tənzimlənməsini həyata keçirmir:

“Biz valyuta tənzimləyən orqan deyilik. Valyuta bazarındakı tələb və təklifin tənzimlənməsi bizim səlahiyyətlərimiz çərçivəsində deyil. Ona görə də şərh verə bilmirəm”.

R.Abbasov “çox qəribədir maliyyə məsələlərində cavabdeh olan iki qurum-Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası məsələnin səlahiyyətləri xaricində olduğunu əsas gətirir” fikirlərini belə şərh edib:

“Biz maliyyə bazarlarının subyekti olaraq banklara nəzarət edirik. Onların fəaliyyətinin qanun çərçivəsində olmasına nəzarət edirik ki, qanundankənar faəliyyət göstərməsinlər. Dollar isə tələb və təklif məsələsidir. Hazırda bazarda tələb və təklif arasında kəskin fərq var. Tələbat təklifdən daha yüksəkdir. Biz valyuta satmırıq, hərrac keçirimirik. Ümumiyyətlə valyuta tənzimləyən orqan biz deyilik. Banklar dollar satmırsa, demək ki, dollarları yoxdur”.

 

Gülşən RAUFQIZI


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
23.04.2017, 23:26

İŞİD İraqda dinc sakinləri atəşə tutdu: 10 ölü

23.04.2017, 23:25

Tramp 72 ilin rekordunu TƏZƏLƏDİ

23.04.2017, 23:09

Azərbaycanlı "Avropanın ən yaxşı gənc cüdoçusu" oldu

23.04.2017, 23:07

İngilis futbol əfsanəsinin qalmaqallı Azərbaycan XATİRƏLƏRİ: “Stadionda inəklər otlayırdı”

23.04.2017, 22:49

Fransada aksiyalar BAŞLADI

23.04.2017, 22:38

Fransada prezident seçkilərinin I turu başa çatdı – Qarabağı Ermənistana “vermək” istəyən II tura çıxdı                     

23.04.2017, 22:13

Azərbaycan-Türkiyə-Rusiya üçtərəfli formatı ...

23.04.2017, 22:01

Alimlərdən yaddaşın möhkəmləndirilməsi ilə bağlı yeni KƏŞF

23.04.2017, 21:43

Fransada prezident seçkilərində Emmanuel Makron rəqiblərini QABAQLADI

23.04.2017, 21:18

Qırğızıstanda torpaq sürüşməsi 2 can aldı

23.04.2017, 21:02

Tovuzda kartof sahələrində xəstəlik yayılıb

23.04.2017, 20:45

Donbasda ATƏT əməkdaşı öldü

23.04.2017, 20:29

Çempionluq kuboku "Qarabağ"a təqdim edilib

23.04.2017, 20:15

İranda bir ildə 3190 narkotik istifadəçisi ölüb

23.04.2017, 18:09

Xətaidə taxta tikili və avtomobil yanıb

23.04.2017, 16:50

Fransada seçicilərin 28,54 faizi səsvermədə iştirak edib

23.04.2017, 16:26

BMT baş katibi Bəşər Əsədi təbrik edib​​​​​​

23.04.2017, 16:09

Somalidə partlayış: 8 ölü, 3 yaralı

23.04.2017, 15:26

Lənkəranda 4 otaqlı evdə yanğın olub

23.04.2017, 14:27

Şirvanda əri tərəfindən döyülən qadın bətnindəki uşağı itirib

23.04.2017, 14:08

Rusiyada qızıl yatağında uçqun: 2 ölü, 1 yaralı

23.04.2017, 13:25

Mədət Quliyev gitara çalıb, rus dilində mahnı oxudu-VİDEO

23.04.2017, 13:05

Selanikdəki Türkiyə konsulluğuna molotovlu hücum olub

23.04.2017, 12:30

Sabah yağış, qar yağacaq, dolu düşəcək

23.04.2017, 12:05

Erməni Rusiyada kafede atəş açıb, yaralananlar var

23.04.2017, 11:36

Kitablar haqqında nə bilirik? - MARAQLI

23.04.2017, 11:01

Türkiyədə 2 əsgər şəhid olub

23.04.2017, 10:24

Azərbaycan bu qurğunun tikintisinə 859 milyon dollar ayırıb

23.04.2017, 10:20

Şəmkirdə iki nəfər kimyəvi maddədən zəhərlənib

23.04.2017, 09:49

Ermənistan silahlı bölmələri atəşkəsi 114 dəfə pozub

23.04.2017, 09:46

Bu gün Fransada prezident seçkilərinin birinci turu keçiriləcək

23.04.2017, 09:39

Xaçmazda 5 otaqlı ev yanıb

23.04.2017, 09:26

Şimali Koreya Avstraliyanı nüvə zərbəsi ilə hədələyib

23.04.2017, 09:20

Çilidə 5,9 bal gücündə zəlzələ baş verib

23.04.2017, 09:08

Sarayda "Mercedes" yanıb   

ARXİV