Modern.az

Ermənilər həlak olan əsgərimiz barədə xəbər yaydı  

Ermənilər həlak olan əsgərimiz barədə xəbər yaydı  

Qarabağ

10 Yanvar 2017, 13:00

“Hazırda Beynəlxalq Qırmızı Xaç Komitəsi Azərbaycan və Ermənistan tərəfi ilə həlak olmuş hərbçinin cəsədinin qaytarılması üçün danışıqlar aparır. Danışıqlar konfidensial olduğu üçün onun detallarını açıqlaya bilmərik. Neytral tərəf olaraq, razılıq əldə olunan kimi azərbaycanlı hərbçinin cəsədinin qaytarılması prosesində iştirak edə bilərik”.

 

Modern.az saytı xəbər verir ki, bu barədə Beynəlxaql Qırmızı Xaç Komitəsinin Ermənistan ofisinin ictimaiyyətlə əlaqələr üzrə rəsmisi Asmik Qalstyan məlumat verib. Qalstyan cəsədlə bağlı danışıqların davam etdiyini bildirib.

 

Xatırladaq ki, 2016-cı il dekbabrın 29-da Azərbaycan-Ermənistan sərhəddində düşmən təxribatının qarşısını alarkən hərbçimiz Qurbanov Çingiz Salman oğlu şəhid olmuşdu. Onun cəsədi düşmənin əlinə keçmişdi. ATƏT və beynəlxalq təşkilatlar Ermənistandan hərbçinin cəsədinin qaytarılmasını tələb edib.

 

Vüqar İSMAYILOV

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir