Modern.az

Rusiya azərbaycanlı səfirin mühafizəsini GÜCLƏNDİRDİ - FOTO

Rusiya azərbaycanlı səfirin mühafizəsini GÜCLƏNDİRDİ - FOTO

Reportaj

10 Yanvar 2017, 14:04

Rusiyanın Bəhreyn Krallığındakı azərbaycanlı səfiri Vaqif Qarayevin mühafizəsi gücləndirilib.

Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, paytaxt Manamada yerləşən səfirliyin ərazisində mühafizəçilərin sayı artırılıb, ora xüsusi cihzalar gətirilib.
Səfir Vaqif Qarayev baş verənləri Türkiyədəki səfir Andrey Karpovun öldürülməsi və Fars körfəzi ölkələrində Rusiya səfirlikləri önündə etiraz aksiyalarının keçirilməsi ilə əlaqələndirib.

 

“Bəli, səfirliyin təhlükəsizliyi gücləndirilib. Amma aksiyalar başa çatdırdan sonra diplomatik fəaliyyətimizi əvvəlki qaydada davam etdirəcəyik.

 

Qeyd edək ki, Rusiyanın Bəhreyn Krallığındakı səfiri Vaqif Qarayev milliyətcə azərbaycanlıdır.


Modern.az-ın məlumatına görə, Vaqif Məmmədvəli oğlu Qarayev 1955-ci il yanvarın 24-də Mingəçevir şəhərində anadan olub. O 1978-ci ildə Moskva Diplomatik Əlaqələr İnstitutunu və 1997-ci ildə Rusiya Diplomatik Akademiyasının ali kursunu bitirib.
Azərbaycan mənşəli diplomat Rusiya XİN-inin Konsulluq departamentində şöbə rəisi (1994-1999), Rusiyanın Hələbdəki (Suriya) baş konsulu (1999-2003), Ərbildəki (İraq) baş konsulu (2007-2010 və Bəsrədəki (İraq) baş konsulu (2010-2014) vəzifələrində çalışıb.

 

Vaqif Qarayev Prezident Vladimir Putinin 2014-cü il 29 dekbar tarixli fərmanı ilə ölkənin Bəhreyndəki səfiri təyin olunub.

Vaqif Qarayev Azərbaycan, ərəb, erməni, fransız və türk dillərində sərbəst danışır.

 

Vüqar İSMAYILOV

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir