Modern.az

Ana əkiz qızlarını qazla boğub intihar etdi

Ana əkiz qızlarını qazla boğub intihar etdi

Dünya

10 Yanvar 2017, 20:03

Bursada 24 yaşlı Zahide Kahraman 3 yaşlı əkiz qızlarını öldürüb, daha sonra həyat yoldaşı Mustafa Kahramana “haqqını halal et!” SMS-i atdıqdan sonra intihar edib. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, şəhərin İhsaniye məhəlləsində yaşayan  ana dünən günortadan sonra iddiaya görə, əkiz qızları Şengül Eslem və Erçini evlərində qaz sobasını açaraq zəhərləyib, sonra yataq otağında özünü iplə asaraq həyatına son qoyub.

 

Məlumatda qeyd edilir ki, əkiz qızlar Şengül Eslem və Erçin dünən günorta saatına qədər evlərinin həyətində qardan adam düzəltdikdən sonra evlərinə gediblər.

 

Çekirge Dövlət Xəstəxanasında təmizlik işçisi kimi çalışarkən həyat yoldaşının göndərdiyi “haqqını halal et!” yazılı mesajı alanda taksi tutub evinə gələn Mustafa Kahraman xanımı və əkiz qızlarının cəsədi ilə qarşılaşıb.

 

Əkizlərin televiziyada cizgi film izləyərkən öldükləri müəyyənləşdirilib.

Polis əkiz qızlarını zəhərləyib sonra intihar edən Zahide Kahramanın cib telefonundakı zənglər və mesajlarla bağlı araşdırma aparıb. Məlum olub ki, Zahide Kahraman bir müddət əvvəl S.Ç. adlı kişi tanışı ilə telefonda mesajlaşıb, bunu görən Mustafa Kahraman qəzəblənərək həyat yoldaşını döyüb.

Aralarındakı münaqişə səbəbindən Zahide Kahramanın evi tərk etdiyi və 5 gün sonra ərinin xanımı ilə barışaraq yenidən bir araya gəldikləri iddia edilib.

 

Modern.az

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!