Modern.az

Türkiyə Qərbin terror təşkilatları ilə bağlı mövqeyini tənqid edib

Türkiyə Qərbin terror təşkilatları ilə bağlı mövqeyini tənqid edib

Dünya

10 Yanvar 2017, 20:16

Türkiyənin Baş naziri Binəli Yıldırım Qərbin terror təşkilatları ilə bağlı mövqeyini tənqid edib. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, terrorçu təşkilatlara qarşı ikili standartlar qlobal sülhə ən böyük xəyanətdir.

Baş nazir vurğulayıb ki, Türkiyənin müttəfiqi və tərəfdaşı olan Avropa terrorçulara fərqli yanaşır: “İş PKK-ya gələndə Avropa göz yumur, söhbət İŞİD-dən gedəndə isə tamamilə əks mövqe tutur. Avropanın təhlükəsizliyi Türkiyədən başlayır. Əgər Türkiyənin təhlükəsizliyi təmin olunsa, Avropa üçün də təhlükə qalmaz".

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir