Modern.az

ARDNF-dən Mərkəzi Banka 7,5 milyardlıq transfert...

ARDNF-dən Mərkəzi Banka 7,5 milyardlıq transfert...

İqtisadiyyat

10 Yanvar 2017, 21:47

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) bu il Azərbaycan Mərkəzi Bankına (AMB) 7,5 mlrd. manatadək məbləğdə transfert həyata keçirəcək. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, bu, ARDNF-nin 2017-ci il büdcəsində öz əksini tapıb. Sənəd prezident İlham Əliyev tərəfindən bu gün imzalanan fərmanla təsdiqlənib.

 

Büdcənin xərclər bölümündə qeyd edilib ki, transfert makroiqtisadi sabitliyin təmin olunmasına yönələcək və onun yuxarı həddi 7,5 mlrd. manat götürülüb.

 

 Maraqlıdır ki, AMB-yə transfertlər fondun ümumi xərclərinin 51,7%-ə bərabərdir.

 

 

Qeyd edək ki, ölkə başçısı ARDNF-nin 2017-ci il büdcəsinin gəlirlərini 8 mlrd. 370 mln. 589,8 min manat, xərclərini isə 14 mlrd. 483 mln. 856 min manat məbləğində təsdiq edib.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır