Modern.az

Eşşəyini avtobusla Moskvaya aparmaq istədi

Eşşəyini avtobusla Moskvaya aparmaq istədi

10 Yanvar 2017, 22:20

Dağıstan sakini eşşəyini avtobusla Moskvaya aparmaq niyyətinə düşüb. Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, o, məqsədinə çatmaqdan ötrü avtobus sürücüsünü xeyli dilə tutub. Əli ilə eşşəyini avtobusun qapısına tərəf yaxınlaşdıran kişi onu salona keçirmək istəsə də, buna imkan verilmir.

Sərnişinlər bu mənzərəni seyr edir və “Hara aparırsan? Onun pasportu var?”, - deyib qəhqəhə çəkirlər.

Sürücü qəti etiraz edir. Nəticədə eşşəyin sahibi onu öz maşınının yük yerinə  yerləşdirir. Görünür, eşşək belə səyahətə öyrəncəlidir, çünki yerində sakitcə dayanır.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı