Modern.az

BMT-nin keçmiş baş katibinə ittiham

BMT-nin keçmiş baş katibinə ittiham

10 Yanvar 2017, 23:42

ABŞ hakimiyyəti BMT-nin keçmiş baş katibi Pan Qi Munun qardaşına və qardaşı oğluna rüşvətxorluq ittihamı irəli sürüb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, sənədlər artıq məhkəməyə göndərilib.

İttiham aktı Manhetten məhkəməsinə verilib. Sənədə görə, BMT-nin keçmiş baş katibinin qardaşı oğlu Pan Çu Xen və onun qardaşı Pan Qi San Yaxın Şərq ölkələri rəsmi nümayəndələrini şirnikləndirmək yolu ilə ələ almaqda təqsirkar bilinirlər.

Söhbər Vyetnamdakı bina komplekslərindən birinin 800 milyon dollar müqabilində satılmasına cəhddən gedir.

Məlumatda qeyd edilir ki, BMT-nin keçmiş baş katibinin qardaşı oğlu Nyu-Yorkda daşınmaz əmlak ticarəti ilə məşğuldur, qardaşı isə Cənubi Koreyanın Keangnam Enterpises Co Ltd şirkətində baş müşavir işləyir.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi