Modern.az

Çin Şimali Koreyanın ballistik raketlərindən narahatdır

Çin Şimali Koreyanın ballistik raketlərindən narahatdır

11 Yanvar 2017, 00:16

Çin Şimali Koreyanın ballistik raketlərin buraxılması planları ilə əlaqədar öz narahatlığını bildirib. Modern.az saytı xəbər verir ki, bu barədə Trend "İnternational Business Times" portalına istinadən məlumat yayıb.

Şimali Koreya rəsmiləri bildirib ki, ballistik raketlər ölkə lideri Kim Çen Inın əmri ilə buraxılacaq.

Daha əvvəl rəsmi Pxenyan ölkəni nüvə və raket sınaqlarından təcrid etdiyi üçün Vaşinqtonu qınayıb.

İki ölkə arasında yaşanan bu gərginlik isə Çin rəhbərliyinin dərin narahatlığına səbəb olub. XİN başçısı Lu Kang tərəfləri vəziyyəti mürəkkəbləşdirə biləcək bütün addımlardan çəkinməyə çağırıb.

Qeyd edək ki, bu yaxınlarda Pentaqon rəhbəri Eşton Karter Şimali Koreyanın nüvə potensialını təhlükə adlandırıb. E.Kaşter həmçinin bildirib ki, təhlükə yarandığı halda ABŞ müdafiə departamenti Pxenyan tərəfindən buraxılmış raketləri vuracaq.

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı