21 yanvar 2017, Şənbə
Ana Səhifə - DÜNYA - Barak Obama vida çıxışı edib
Barak Obama vida çıxışı edib
11.01.2017, 09:14

Barak Obama doğma şəhəri Çikaqodakı McCormick mərkəzində ABŞ prezidenti kimi vida çıxşını edib.

Modern.az “Azadlıq” radiosuna istinadən xəbər verir ki. Prezident uzun sürən alqışları əlinin işarəsi ilə dayandırmağa çalışsa da, bir müddət buna nail ola bilməyib və bu dəfə də zarafatından qalmayıb. Deyib ki, “daha məni sayan yoxdur…”

O deyib ki, bu gecə məhz onun amerikalılara təşəkkür etmək vaxtıdır.

Bir vaxtlar Çikaqoda...

“Mən ilk dəfə Çikaqoya gələndə 20 yaşlarımda idim və kim olduğumu, həyatımın mənasını dərk etməyə çalışırdım. Məhz bu kücəçələrdə mən imanın gücünə inandım və işləyən insanların mübarizə və itkiləri ləyaqətlə qarşıladıqlarının şahidi oldum. Mən məhz burada öyrəndim ki, dəyişiklik bu işə yalnız adi insanlar girişəndə, bir araya gəlib tələb edəndə baş verir. Səkkiz il sonra, sizin prezidentiniz kimi mən buna yenə də inanıram”- Obama deyib.

O deyib ki, “Xaliq bizi bərabər yaradıb, ayrılmaz hüquqlarımızla yaradıb. Bunlar yaşamaq, azadlıq, mübarizə və xoşbəxtlik hüququdur”.

Barak Obama əlavə edib ki, bunlar aşkar hüquqlar olsa da heç vaxt özü-özünə hasilə gəlmir.

Prezident bildirib ki, Amerikanı quranlar tiranlığı yox, məhz respubliak quruluşunu seçiblər, bu ölkədə qullar azadlığa gedən yolu tapıblar və məhz buna görə də bütün dünyadan yüz minlərlə inasan bu ölkəyə can atır.

Bundan sonra Barak Obama səkkiz illik hakimiyyəti müddətində əsas nailiyyətlərini – iqtisadi geriləmədən çıxılmasını, iş yerlərinin yaradılmasını, Kuba ilə münasibətlərdə yenui fəslin açılmasını, 11 sentyabr terrorunu törədənin məhv edilməsini, daha 20 milyon vətəndaş üçün səhiyyə xidməti imkanı yaradılmasını yada salıb.

İqlim dəyişikliyi mövzusuna toxunan prezident deyib ki, səkkiz ildə Amerika özünün xarici neftdən asılılığını iki dəfə azaldıb, bərpa olunan enerjini iki dəfə artırıb.

Dünya 10 gündən sonra Amerika demokratiyasını bir də görəcək

Obama deyib ki, 10 gündən sonra dünya bir daha Amerika demokratiyasının şahidi olacaq və hakimiyyət dinc yolla bir prezidentdən başqa prezidentə keçəcək.

O bildirib ki, hakimiyyətin prezident seçilmiş Donald Tramp administrasiyasına mümkün qədər rəvan keçməsini təşkil edir, çünki ondan əvvəlki prezident Corc Buş da onun administrasiyası üçün məhz belə bir şərait yaradıb.

Barak Obama vurğulyaıb ki, Amerikanı müstəsna edən məhz onun demokratik quruluşudur.

Prezident Obama vida müraciətinin böyük bir hissəsini demokratiya mövzusuna həsr edib.

O bildirib ki, hələlik ABŞ-da postiqrçi Amerikadan danışmaq tezdir. Obama qeyd edib ki, irq bu gün də cəmiyyətdə bölücü faktor kimi qalır. Lakin prezident bunu da əlavə edib ki, irqi bərabərliyin vəziyyəti indi on, iyirmi, otuz il bundan əvvəl olduğundan daha yaxışıdır.

“Lakin biz bu sahədə lazımı səviyyəyə hələ çatmamışıq” – Obama deyib.

Prezident bildirib ki, mühacirət Amerikanı tarix boyunca gücləndirib.

Xarici paytaxtlardakı avtokratlar

Obama hüququn gücdən üstün olmasının əhəmiyyətindən söz açıb. O deyib ki, məhz belə yanaşma Amerikaya hətta Böyük sarsıntı zamanı da faşizmin və tiranlığın toruna düşməmək imkanı verib.

Prezident bildirib ki, İkinci Dünya Müharibəsindən sonrakı illərdə Amerika dünya qüdrətini yalnız hərbi gücü ilə yox, əsas prinsipləri – qanunun aliliyi, insan haqları, din, ifadə, toplaşma azadlığı və müstəqil mətbuat üzərində qurub.

Barak Obama deyib ki, hazırda məhz bu dünya nizamına İslamın adından danışdıqlarını iddia edənlər və xarici paytaxtlardakı avtiokratlar tərəfindən meydan oxunur.

“Onlar açıq demokratiyanı, azad bazarı və vətəndaş cəmiyyətini öz hakimiyyətləri üçün təhlükə sayırlar”.

Prezident deyib ki, bunların təhlükəsi raket və bombalardan daha uzaqlara çata bilir.

Daha sonra Barak Obama terrorla mübarizədən danışıb.

“Gəlin sayıq olaq, amma qorxmayaq. İŞİD günahsız insanları öldürməyə çalışacaq. Lakin onlar bizi, biz öz Konstitusiyamıza və bu döyüşdəki prinsiplərimizə xəyanət etməyincə məğlub edə bilməyəcklər. Rusiya və Çin kimi rəqiblər bizim dünya üzərindəki nüfuzumuzla müqayisəyə gələ bilməzlər, bir şərtlə ki, biz prinsiplərimizdən əl çəkib qonşularını qısnayan daha bir böyük dövlətə çevrilməyək”.

***

ABŞ və Qərb mediası xəbər verir ki, vəzifəsini tərk etməkdə olan prezidentə ehtiramlarını nümayiş etdirmək üçün bura müxtəlif irq və dinlərdən olan minlərlə insan toplaşmışdı.

Bir çoxları tədbirə bilet almaq üçün səhər saat 5-dən növbəyə durmuşdular.

Hamının ABŞ-ın 44-cü prezidentini yaxşı görməsi üçün zalda bir neçə iri teleekran quraşdırılmışdı.

Amerikanın əsas media şəbəkələri və mətbuat qurumları bu tədbiri ona hələ saatlar qalarkən işıqlandırmağa başlamışdılar.

Çıxışı dinləyərdən bir çoxlarının gözlərindən yaşlar axdığını görmək olurdu.

 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
21.01.2017, 23:10

Tramp “Obamacare” ilə bağlı vədinə əməl edir

21.01.2017, 22:47

Madriddə erməni təxribatına etiraz edilib

21.01.2017, 22:29

Pan Gi Munun qardaşının rüşvətə görə həbsi tələb edilir

21.01.2017, 22:13

ABŞ Suriya danışıqlarına xüsusi nümayəndə göndərməyəcək

21.01.2017, 21:57

Runi “Mançester Yunayted” tarixinin ən yaxşı bombardiri oldu

21.01.2017, 21:38

Trampın andiçməsinə azərbaycanlı xanım da qatılıb

21.01.2017, 21:24

Lapşin Azərbaycan prezidentindən ÜZR İSTƏYİB

21.01.2017, 21:10

Masallıda ev quşları kütləvi qırılır

21.01.2017, 20:54

Rusiya İŞİD-in mövqelərini bombalayıb

21.01.2017, 20:40

Lavrova Qarabağla bağlı sual verən telejurnalist işdən çıxarılıb

21.01.2017, 20:27

Səudiyyə Ərəbistanında terror aktı törədildi

21.01.2017, 20:16

Gəncədə hamilə qadın ölüb

21.01.2017, 20:02

Həmişəlik yoxa çıxan sərnişin təyyarələri: SİYAHI

21.01.2017, 18:13

“Mən müəllim olsaydım...” - V sinif şagirdinin müəllimlər barədə İRADLARI

21.01.2017, 18:08

Acun İlıcalı bu axşam "Survivor 2017"yə başlayır - HEYƏTLƏR

21.01.2017, 17:31

Həkim intihara cəhd edən qızı zorlamaq istədi

21.01.2017, 16:57

DTX rəisi və müavininə dövlət komissiyalarında yer verildi

21.01.2017, 16:47

Azərbaycanda “Lisenziyalar və icazələr” portalı yaradılır

21.01.2017, 16:40

Azərbaycan diasporu Ukraynada 20 Yanvar şəhidlərini yad etdi

21.01.2017, 16:29

Əməkdar artist: “Bu gün həyatda özümə yer tapa bilmirəm” - MÜSAHİBƏ

21.01.2017, 16:13

Çevik Polis Alayında əməliyyat müşavirəsi: cinayət və inzibati xətalar ARTIB

21.01.2017, 15:52

Prezident qaçqın və məcburi köçkünlərlə bağlı sərəncam verdi

21.01.2017, 15:46

“Yeni səsli, yeni imzalı ədəbi qüvvələrin” sorağında

21.01.2017, 15:41

Qafqaz türklərində fikri cərəyanlar - Bu barədə ilk dəfə

21.01.2017, 15:33

“Arvadımla daha çox bir yerdə olmaq istəyirəm”

21.01.2017, 15:27

Bəzi məktəblər 11 illik təhsildən məhrum ediləcək

21.01.2017, 14:33

Falçıya gedən qadın fahişəliyə məcbur edildi

21.01.2017, 14:22

Moldova Ombudsmanı Ermənistan-Azərbaycan Sülh Platformasına qoşuldu

21.01.2017, 14:18

Bakıda 2 otaqlı ev yandı, 4 nəfər xəsarət aldı

21.01.2017, 14:11

21 yanvar-Beynəlxalq Qucaqlaşma Günüdür

21.01.2017, 14:06

“Kirvəlik İslama zidd hərəkətdir” - Folklorşünasdan QALMAQAL yaradan açıqlama

21.01.2017, 14:02

Yaraqlılar özlərini partlatdılar

21.01.2017, 13:33

Əmək pensiyalarının sığorta hissəsi artırıldı

21.01.2017, 13:29

Prezident minimum əməkhaqqını artırdı

21.01.2017, 13:26

“Şeyxülislam mükafatı”nı almaq istəyən jurnalistlər kimlərdir...

ARXİV