19 iyun 2018, Çərşənbə
Ana Səhifə - MEDİA - Media düşük məişət mövzularını gündəmə çevirir - Ekspertlərdən jurnalistlərə İTTİHAM
Media düşük məişət mövzularını gündəmə çevirir - Ekspertlərdən jurnalistlərə İTTİHAM
11.01.2017, 09:51

Son zamanlarda medianın gündəmini məişət problemləri zəbt edir. Belə xəbərlər siyasət, sosial problemlər və ölkədə baş verən digər vacib hadisələrlə bağlı məlumatlardan daha çox oxunur.

Sanki kimlərsə medianı bu lazımsız məsələlərə doğru yöönəldib, gərəksiz gündəm yaradır...

Məsələ ilə bağlı Modern.az-a danışan “Yeni nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev deyib ki, bugünkü mürəkkəb həyatda mövzu qıtlığı yoxdur.


“Sadəcə ola bilsin ki, o mövzuları işləmək üçün daha artıq əmək sərf etmək lazım olur, bunda da media maraqlı deyil. Gündəmi hansısa ayrı-ayrı, gülünc dərəcədə əhəmiyyətsiz, xırda  və tərbiyəsiz mövzuların işğal etməsi medianın bir mərkəzdən idarə olunması təəssüratını yaradır. Çap mediası tam əksəriyyətlə eyni şeyləri yazır, internet mediasının da böyük bir qismi həmçinin. Ona görə də gündəmdə əsəs yer yer tutan məsələlərə hansısa mərkəzlərin təsir dairəsi böyükdür.

İkinci məsələ də ondan doğur ki, Azərbaycan jurnalistikası bir çox ölkələrin jurnalistikası kimi kabinet jurnalistikasıdır. Son  dövrlər internet mediası önə çıxıb. Hazırda ən başlıca xəbər düzəltmək üsulu, başqasının yazısını götürüb önünü, arxasını cüzi şəkildə dəyişməkdir. Bəzən isə düzəltmədən bir-birindən köçürməkdir. Bu təkrarçılıq kabinet jurnalistikasında hər zaman başqalarının işlədiyi mövzuların kloun kimi çoxalmasına gətirib çıxarır”.


Arif Əliyevin sözlərinə görə, bəzi hallar olur ki, haqlı insanlar media vasitəsi ilə haqsız olaraq göstərilir.


“Bu, təkcə Azərbaycan mediasına xas olan xarakter deyil. Dünyanın bir sıra media orqanlarında da belə hallara rast gəlinir. Əlbəttə, bu piar da ola bilər, kimlərsə tanınmış birinin nüfuzunu aşağı üçün mediadan istifadə edə bilər. Amma deməzdim ki, bu xüsusiyyətlər Azərbaycan jurnalistikasında aparıcı hallarıdır.
Təəssüf ki, bu gün şou-biznesdən gələn çox düşük  mövzular medianın gündəmini zəbt edir. Belə xəbərlər oxunma sayına görə də seçilir. Kiminsə kimisə söyməyi, kiminsə soyunmağı, məişət problemləri, kimlərinsə şəxsi həyatı mediada müzakirə obyekti olmamalıdır. Bunlar hamısı ictimai rəyi yayındırmaq, insanların zövqünü korlamaq üçün yönəldilən məsələlərdir. Azərbaycan televiziyalarında camaatın gözünün suyunu axıtmaq, yazıqlıq mühiti yaratmaq meyilli verilişlər populyardır. Biri axtarışdadır, biri evlətdirir, bu cür proqramlar həm mövzu olaraq, həm də format olaraq təkrarlanır. Bu məsələlər cəmiyyət üçün problem yaradır. Bundan əlavə, medianın sifarişli yazı problemləri var.  Sifariş əsasında müxalifətdən və ya iqtidardan kimsə hədəf seçilir və ayrı-ayrı informasiya orqanlarında ardıcıl gedən yazıları görürsən. Azərbaycan televiziyalarındakı verilişlərin məqsədi cəmiyyətin fikrini başqa istiqamətə yönəltməkdir” .


“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu isə əksini düşünür, O deyir ki, məişət mövzuları çox aktualdır.

“Azərbaycan mediası inkişaf ərəfəsində müxtəlif dövrləri geridə qoyub. Bu zaman ərzində inkişaf edib, yeni keyfiyyət göstəriciləri qazanıb, media və jurnalist adına yaraşmayan bəzi tendensiyalardan xilas olub. Mən düşünürəm ki, artıq  Azərbaycan mediasının Azərbaycanın informasiya gündəmini düzgün müəyyən etmək bacarığı olmalıdır. Bu bacarıq strateji olmalı, milli maraqlarımıza söykənməli, Azərbaycan həqiqətlərinin ifadə olunmasını, qlobal informasiya məkanının Azərbaycan informasiya məkanına axıtdığı çoxsaylı dezinformasiyaların filtrdən keçirilməsini təşkil etməlidir.
Xaricdən olan bir çox mərkəzlər var ki, onlar Azərbaycanın informasiya gündəliyinin, siyasi gündəliyinin məişət mövzularından ibarət olmasını arzu edirlər. Gerçək gündəmin, maarifləndirici gündəmin, düşündürən gündəmin olmasında maraqlı deyillər. Çox təəssüf ki, bəzi hallarda bizim media populistcəsinə bu axına uyur. Artıq elə bir dövrdəyik ki, bunun  özü istər media mənsubları tərəfindən, istərsə də Azərbaycanın informasiya istehlakçıları tərəfindən dərk edilir. Sizin saytın bu mövzunu gündəmə gətirməsi də bunun  bir isbatıdır. Bu bizə onu diktə edir ki, biz problemi görürük, yəni diaqnoz müəyyənləşdirilib və onu müalicə etməliyik. 
Bu çox yaxşı mərhələdir və bu diktə medianın özündən sifariş kimi gəlirsə, bu ikiqat təzahürdür. Bir müddət sonra mediamız bu mərhələni arxada qoyacaq”.


Millət vəkilinin sözlərinə görə, bəzi telekanallar və xəbər agentlikləri populist gündəmi cəmiyyətin sifarişi kimi təqdim etməyə çalışırlar.

“Bu qətiyyən doğru deyil. Hər bir cəmiyyətin mənəvi, mədəni zövqünü və informasiya qəbul etmək səriştəsini də elə informasiya istehsal edən mərkəzlər müəyyənləşdirir. Azərbaycan xalqının yaxşı bir atalar sözü var: nə tökərsən aşına, o da çıxar qaşığına. Uzun illərdir Azərbaycan mediası hansı zövqə uyğun bir auditoriya tərbiyə edibsə, bu auditoriya da zövqə uyğun informasiya seçəcək. Yenə məsuliyyət medianın maarifləndirici funksiyasının üzərinə çıxır. Bu gün zövqsüz auditoriya varsa, yenə də günahkar biz, media nümayəndələriyik. Ona görə də bunları heç bir şəkildə informasiya istehlakçısının zövqü və tələbi ilə əlaqələndirmək olmaz. Biz bu zövqü və tələbi hansı səviyyədə formalaşdıracağıqsa, elə o şəkildə də davam edəcək. Burada məsuliyyət yenə də medianın üzərindədir. Media cəmiyyətin lokomotiv, intellektual  resursudur. Azərbaycan mediası bunu dərk etməlidir”.

 

Qafa Ağayev


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Dünya Çempionatı-2018: Futbolçuları aparan təyyarə alışdı
19.06.2018, 01:00

Dünya Çempionatı-2018: Futbolçuları aparan təyyarə alışdı

Şamaxıda qohumlar arasında kütləvi dava ...
19.06.2018, 00:46

Şamaxıda qohumlar arasında kütləvi dava ...

Dövlət Sərhəd Xidmətinin əsgəri bədbəxt hadisə nəticəsində öldü
19.06.2018, 00:34

Dövlət Sərhəd Xidmətinin əsgəri bədbəxt hadisə nəticəsində öldü

Ərdoğan İncənin 18+ şeirlərindən danışdı
19.06.2018, 00:16

Ərdoğan İncənin 18+ şeirlərindən danışdı

Dünya Çempionatı-2018: İngiltərə son anda qələbə qazana bildi
18.06.2018, 23:56

Dünya Çempionatı-2018: İngiltərə son anda qələbə qazana bildi

İsveçdə silahlı insident
18.06.2018, 23:33

İsveçdə silahlı insident

İtaliyada göldə boğulan azərbaycanlı tələbənin cəsədi tapıldı
18.06.2018, 23:01

İtaliyada göldə boğulan azərbaycanlı tələbənin cəsədi tapıldı

Azərbaycan 144 ölkədən mal idxal edib
18.06.2018, 22:44

Azərbaycan 144 ölkədən mal idxal edib

Deputatın saxladığı pələngi müsadirə edib zooparka verdilər - VİDEO   
18.06.2018, 22:31

Deputatın saxladığı pələngi müsadirə edib zooparka verdilər - VİDEO  

Moskvada taksi sürücüsünün vurduğu azərbaycanlılar ...
18.06.2018, 22:14

Moskvada taksi sürücüsünün vurduğu azərbaycanlılar ...

Bakı metrosunda qısa geyinən qızı DÖYDÜLƏR - VİDEO
18.06.2018, 21:56

Bakı metrosunda qısa geyinən qızı DÖYDÜLƏR - VİDEO

Dünya Çempionatı - 2018: Nikola Kaliniç Xorvatiya yığmasından qovulub
18.06.2018, 21:42

Dünya Çempionatı - 2018: Nikola Kaliniç Xorvatiya yığmasından qovulub

Yeni icra başçısının DOSYESİ açıqlandı
18.06.2018, 21:42

Yeni icra başçısının DOSYESİ açıqlandı

Tramp müharibədən danışdı
18.06.2018, 21:27

Tramp müharibədən danışdı

Dünya Çempionatı-2018: Belçika debütantı qol yağışına tutdu - FOTOLAR
18.06.2018, 21:09

Dünya Çempionatı-2018: Belçika debütantı qol yağışına tutdu - FOTOLAR

Tanınmış hüquqşünas faciəli şəkildə öldü – VİDEO
18.06.2018, 20:53

Tanınmış hüquqşünas faciəli şəkildə öldü – VİDEO

Kompüter oyunlarına aludəçilik rəsmi şəkildə xəstəlik kimi tanındı
18.06.2018, 20:43

Kompüter oyunlarına aludəçilik rəsmi şəkildə xəstəlik kimi tanındı

Keçmiş məhkum narkotiklə saxlanıldı
18.06.2018, 20:31

Keçmiş məhkum narkotiklə saxlanıldı

Ağsuda dərəyə aşan avtomobilin sürücüsü öldü
18.06.2018, 20:04

Ağsuda dərəyə aşan avtomobilin sürücüsü öldü

Palata: “Günay Bank”la bağlı yayılmış məlumatlar əsassızdır
18.06.2018, 17:58

Palata: “Günay Bank”la bağlı yayılmış məlumatlar əsassızdır"

DÇ-2018: İsveç millisi Cənubi Koreyanı məğlub etdi
18.06.2018, 17:50

DÇ-2018: İsveç millisi Cənubi Koreyanı məğlub etdi

Aykut Kocaman “Fənərbağça”dan qovuldu
18.06.2018, 17:38

Aykut Kocaman “Fənərbağça”dan qovuldu

Hökumət Makedoniyanın yeni adı ilə bağlı qanun layihəsini təsdiqlədi
18.06.2018, 17:25

Hökumət Makedoniyanın yeni adı ilə bağlı qanun layihəsini təsdiqlədi

Türkiyə ordusu Mənbicə daxil oldu
18.06.2018, 17:12

Türkiyə ordusu Mənbicə daxil oldu

Onlayn taksi sifarişi xidmətlərinin sayı artacaq
18.06.2018, 17:00

Onlayn taksi sifarişi xidmətlərinin sayı artacaq

Salyan sakini intihar edib
18.06.2018, 16:52

Salyan sakini intihar edib

“Mərkəzi Bankın açıqlaması dolayısıyla FED-dən asılılıq deməkdir”  
18.06.2018, 16:36

Mərkəzi Bankın açıqlaması dolayısıyla FED-dən asılılıq deməkdir  

Ermənistanda hakimiyyət qarşıdurması - Xüsusi xidmətin rəhbərini neytrallaşdırmaq istəyirlər
18.06.2018, 16:22

Ermənistanda hakimiyyət qarşıdurması - Xüsusi xidmətin rəhbərini neytrallaşdırmaq istəyirlər

“Bu ölkədə kişi yoxdur” - Erməni gənc qız Azərbaycanı istəyir - VİDEO
18.06.2018, 16:19

“Bu ölkədə kişi yoxdur” - Erməni gənc qız Azərbaycanı istəyir - VİDEO

Məşhur səyyahın 500 il əvvəl kraliçaya yazdığı məktub tapıldı
18.06.2018, 16:11

Məşhur səyyahın 500 il əvvəl kraliçaya yazdığı məktub tapıldı

18.06.2018, 15:48

"Lotu Quli"nin adamları saxlanıldı - ƏMƏLİYYAT

Avropa İttifaqı Krımla bağlı sanksiyaların müddətini uzadıb
18.06.2018, 15:36

Avropa İttifaqı Krımla bağlı sanksiyaların müddətini uzadıb

Dünya çempionatında  Messiyə göz açmağa imkan verməyən fabrik işçisi - FOTO
18.06.2018, 15:14

Dünya çempionatında  Messiyə göz açmağa imkan verməyən fabrik işçisi - FOTO

“Facebook” uşaqlar üçün bunu  qadağan etdi
18.06.2018, 15:00

“Facebook” uşaqlar üçün bunu  qadağan etdi

Dünya çempionu velosipeddən yıxılaraq dünyasını dəyişib
18.06.2018, 14:45

Dünya çempionu velosipeddən yıxılaraq dünyasını dəyişib

ARXİV
SORĞU
Hansı ölkə dünya çempionu olacaq?
Argentina(16.0%)
Braziliya(18.3%)
Almaniya(14.9%)
İngiltərə(5.74%)
Portuqaliya(12.6%)
İspaniya(4.59%)
Fransa(4.59%)
Belçika(1.14%)
Seneqal(2.29%)
Rusiya(19.5%)