Modern.az

Toylarda toy sahibinə “toy tutulur” - Adət-ənənələr niyə UNUDULUR?

Toylarda toy sahibinə “toy tutulur” - Adət-ənənələr niyə UNUDULUR?

11 Yanvar 2017, 10:43

Azərbaycan toyları hər zaman özəlliyi ilə seçilib. Amma son illər toylar əsasən “qonşudan geri qalmamaq” prinsipi üzrə keçirilir. Gözəl toy adətlərimiz tədricən itib-batır, unudulur.


Folklor İnstitutunun əməkdaşı Elçin Qaliboğlu da Modern.az-a Azərbaycanın bir çox toy adət-ənənələrinin unudulmağından narahatlığını ifadə edib.


“ Əvvəlki Azərbaycan toylarında bir sadəlik var idi, toyun özünün bir romantikası var idi, sonradan bunlar aradan çıxdı. Toyla, xalqın ruhu ilə bağlı olan xüsusiyyətlər itməyə başladı. Əhalinin ötən 10 illərdəki irsi, həyəcanı getdikcə öləziməkdədir. Ayrı-ayrı televiziya kanallarında nümayiş etdirilən adət-ənənələr əvvəlki toy adətlərinin müəyyən mənada nişanələri sayıla bilər. 

Təəssüf ki, son dövrlərdə müasir dövrdə hər yer restoranlaşdırıldığından kəndlərdə belə, toylar mağarlarda keçirilmir. Bütünlükdə əvvəlki toy janrı aradan çıxıb.

Çağdaş dövrün toyundakı romantika ilə əvvəlki dövrdəki romantika seçilir. Bugünkü toylar əvəz-əvəz prinsipi ilə keçirilir. Sən bu gün mənim toyuma gəl, sabah mən sənin toyuna gələrəm. Toyun keçirildiyi restoran, səsləndirilən bayağı musiqilər toyların əvvəlki kimi keçməsinə imkan yaratmır”.

 

Elçin Qaliboğlunun sözlərinə görə, ötən əsrin 70-ci illərində Azərbaycan toylarına “Bəytərifi” janrı gəlmişdi. 

 

“Bu o  günlərdə çox  geniş yayılmamışdı. Daha çox kəndlərdə aşıq toyları dəbdə idi və orada “bəytərifi” olurdu. Toyun sonunda musiqi alətlərinin müşayiəti  ilə “bəytərifi” olurdu. Şübhəsiz ki, bu, o vaxt toyu idarə edən toybaşının xələt yığması üçün bir vasitə idi. Ümumiyyətlə Azərbaycan toylarında xələt yığmaq əvvəldən olub. Bunu müəyyən mental xüsusiyyətlərlə bağlamaq olar. Əvvəllər müəyyən mənada bunun üstün tərəflərini göstərməyə çalışıblar, sonradan bu məzmun itdi”.


Müsahibimiz bildirib ki, toyların bu gün əvəz-əvəzə prinsipi ilə keçməsi xoş təəssürat yaratmır.


“Tutalım sən mənim toyuma gəlirsən, sonra da mən sənin toyuna gəlirəm. Adilik, insanların süni duyğuları o qədər artıb ki, hamı toya hesabat verməyə getmək çalışır. Toyun özünün adiliyi, yəni orada çalınan musiqilər, restoran yeməkləri, siyahılar müasir toyları keçmişdəki toylardan fəqrləndirir. İndiki toylar dəbdəbəsi ilə çox fərqlənir. Toyu keçirmək toy sahibinə ağır olur. Belə desək daha doğru olar ki, “toyda toy sahibinə “toy” tutulur”.  Bir-birinin bəhsinə toy xərclərini artırırlar və ya müəyyən olunmuş sərhədlərdən kənara çıxırlar. Toylarımızın normal keçirilməsini təmin etmək üçün bu dəbdəbəni, bəhsə bəhsi aradan qaldırmaq lazımdır. Bunlar aradan qalxmasa, Azərbaycanda toy adət-ənənələri getdikcə məhv olacaq.

Vaxt olub ki. Azərbaycanda 3 gün 3 gecə, 7 gün 7 gecə, hətta 40 gün 40 gecə toy çalınıb. Bunun mahiyyəti ondan ibarət idi ki, uzaq yerlərdən gələn qonaqlar 40 gün ərzində toyda iştirak etsinlər. Bir müddət sonra isə bu müddət azalıb 4-5 gün oldu. Müasir dövrdə isə toylar restoranlaşdırıldığı üçün ən çox 6-7 saat çəkir. Burda qısalıq var. Əlbəttə ki, çağdaş dövrdə qısalı1 ən mühüm şərtlərdən biridir. Toyun mahiyyətinə uyğun qısalıq olmalıdır. Amma 5-6 saatı da qarışıqlıq, məzmunsuzluq ilə doldurmaq hesab edirəm ki , Azərbaycan xalq ruhuna kökündən ziddir”.

Qafar Ağayev

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?