25 iyun 2018, Bazar ertəsi
Ana Səhifə - MƏDƏNİYYƏT - Fotonu insanlar üçün bu qədər vacib edən sirr - Bədbəxtlik, tənhalıq, depressiya...
Fotonu insanlar üçün bu qədər vacib edən sirr - Bədbəxtlik, tənhalıq, depressiya...
11.01.2017, 12:08

Foto yunanca “işıq” mənasını verir. İlk fotonun yaranma tarixi isə XVII əsrə aid edilir. Bu, əslində böyük inqilabın başlanğıcı idi - bəşəriyyətin böyük kəşflərindən olan kino da fotonun əsasında yarandı.

Lakin texnikanın sürətlə inkişaf etdiyi XXI əsrdə fotonun missiyası dəyişdi. Aşırı inkişaf edən texnologiyalar sürət əsrini öz əsirinə çevirdi. Canlı ünsiyyətdən get-gedə uzaqlaşan insanlar bu rabitəni məhv edən texnologiyalara bağlandı. Getdikcə patoloji tendensiyaya çevrilən bu proses özünü daha çox fotoda göstərdi. Tənhalıqdan qaçmaq, özünütəsdiq ehtiyacı, eqonu qidalandırmaq insanlarda fotoya aşırı istək yaratdı.

Bu gün Yer üzünün az qala, hər beş sakinindən üçü özünü fotosuz təsəvvür etmir. Şəkil çəkmənin vacibliyi onda xüsusi psixoloji xəstəliyi gizləyən sirrə çevrilib.

ABŞ-ın Ohayo Universitetinin mütəxəssislərinin apardığı tədqiqat zamanı tez-tez fotoşəkil çəkdirən və onları sosial şəbəkələrdə paylaşan insanlarda psixoloji problemlərin olduğu aşkarlanıb.   


Fotoşəkilləri redaktə edən, onlar üçün uyğun effektlər seçən və ya hər hansı başqa üsulla emal edən adamlar adətən, narsisizmdən əziyyət çəkir. Təmin olunmayan eqo, özünü ifadə edə bilməmək bacarığı insanlarda fotoşəkil çəkiminə tələbatı artırıb.

Britaniyada 500 nəfər arasında aparılan sınaq nəticəsində məlum olub ki, güzgü qarşısına keçərək, bədənlərini nümayiş etdirən insanların digərlərindən fərqli olaraq, daha çox bəyənilməyə ehtiyacı var. Daha çox sevgili cütlüklərin şəkillərini paylaşan insanlar isə özgüvən problemi yaşamaqdadırlar.  

Bu gün aşırı dərəcədə çox yayılan və sosial şəbəkədə göz qabarına çevrilən “selfi”lər – özçəkim bəzi insanlarda özünə inamsızlığın bariz nümunəsidir.
“Selfi” iki halda özünün psixoloji fəsadını üzə çıxarır: birincisi, diqqətdən kənarda qalan, özünü ifadəyə kəskin ehtiyac hiss edən insanların tələbatını “ödəyən” özçəkim, ikincisi isə hər zaman diqqət mərkəzində olan və bu üstünlüyünü qorumaq istəyən insanların (xüsusən də, gənc qızların) müraciət etdiyi vasitə... Hər iki halda bu amil pataloji səviyyəyə qədər yüksələ bilir.

Amerika Psixiatriya Assosiasiyası pozğunluğun üç mərhələsini müəyyən edib:

1. İlkin selfitist: bu mərhələdə xəstə gündə ən azı üç dəfə öz şəklini çəkir, amma onları sosial şəbəkələrdə yerləşdirmir;

2. Kəskin selfitist: bu mərhələdə öz şəklini üç dəfədən çox çəkən xəstə, hər bir şəkli sosial şəbəkədə yerləşdirir;

3. Xroniki selfitist: öz şəklini gün boyu çəkmək arzusuna nəzarəti itirən xəstələr, bu mərhələdə gün ərzində altı dəfədən çox şəklini çəkərək, onların hər birini sosial mediada yerləşdirirlər.

 

Psixoloq Elnur Rüstəmov Modern.az saytına açıqlamasıda şəkil çəkmənin bu qədər vacibliyinin sirrini də insanların psixoloji ehtiyacı ilə əlaqələndirib. Onun sözlərinə görə, bu gün şəkil çəkdirmək nə qədər vacib hal sayılsa da, çox yaxın gələcəkdə buna maraq tamamilə azalacaq:

Düşünürəm ki, dünyanın əksər ölkələrində vəziyyət bu cürdü-insanlar hər anı ölümsüzləşdirmək istəyirlər. İnsanlarda özünün mərkəzdə olduğu ölümsüz məkanı başqaları ilə bölüşmək, həmin anla bağlı duyğuları paylaşmaq və bir növ bununla təsəlli tapmaq amacı hər zaman olub. Amma deyim ki, bu, idarə oluna bilən prosesdir. Bunu aludəçilik yox, meyillilik kimi dəyərləndirmək lazımdır. Fikrimcə, yaxın gələcəkdə bu istək xeyli zəifləyəcək. İnsanların fotoya olan marağı xeyli  azalacaq”.

Psixoloq təhlükəli yerlərdə çəkilən şəkillərin psixoloji pozuntulardan qaynaqlandığını da qeyd edir:

“Tez-tez fotoşəkil çəkdirməyin birbaşa depressiyadan qaynaqlandığını demək düzgün olmaz. Belələri sadəcə, narahat insanlardılar. Özlərini axtarırlar. Bu proses  tənhalıqdan, ünsiyyət problemindən, daxili narahatlıqdan da qaynaqlana bilir. Həmin insanlar tez-tez şəkil çəkdirməklə sanki bu cür daxili narahatlıqdan qaçmaq istəyirlər. Bununla da boşluğu doldurmağa çalışırlar. Əgər proses  xroniki hal alırsa, bunu psixoloji pozuntu ilə əlaqələndirmək olar. Yox, xroniki deyilsə, o zaman depressiya ilə əlaqələndirmək doğru olmaz. Elə insanlar var ki, onlar “selfi” üçün təhlükəli yerlərə gedir, biri hündürmərtəbəli binanın başına çıxır, o biri uçurumun kənarına yollanır. Bu artıq patoloji mərhələdir”.

NLP üzrə təlimçi, motivasiya mütəxəssisi Babək Bayramov isə məsələyə başqa aspektdən yanaşır. Onun sözlərinə görə, bəzi insanlar üçün foto öz emosiyalarını, əyləncələrini, bir sözlə daxili xoşbəxtliklərini  ətrafa yaymaq üçün vacibdir:

“Aşırı şəkildə foto çəkdirmək yalnız neqativ hadisələrdən qaynaqlanmır. İnsanlar bəzən kefdən, həddindən artıq yüksək olan emosional durumdan da bunu edə bilər. Foto bəziləri üçün şöhrətin, diqqətin artırılması üçün vacibdir. Xüsusilə də, xanımlar fotoya çox meyillidirlər. Onların əsas silahı cazibədir. Bunu da daha çox foto vasitəsilə təsdiqləmək mümkündü. Foto elə bir şeydi ki, müxtəlif səbəblərdən müxtəlif ehtiyaclardan yaranır. Onun vacibliyini nəyəsə bağlamaq mümkün deyil.

Kollektiv fotoda belə insan ilk olaraq özünü axtarır. Başqalarına da öz prizmasından çıxış edərək, özünə görə qiymət verir. Elə təəssürat yaranır ki, sanki hamı bu fotoda onu görür. Əslində o kimsənin vecinə deyil. Çünki başqası da onu yox, özünü axtarır. Bütün insanlara özləri maraqlıdır. Bax, fotonun, şəkil çəkmənin vacibliyi də məhz budur”.

 

E.Nazimoğlu


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Tanınmış aparıcıya ağır itki
25.06.2018, 00:46

Tanınmış aparıcıya ağır itki

Maşını aşan qohumuna köməyə gələn sürücü piyadanı vurub öldürdü
25.06.2018, 00:27

Maşını aşan qohumuna köməyə gələn sürücü piyadanı vurub öldürdü

Dünya Çempionatı-2018: Polşa qrupdan çıxa bilmədi
25.06.2018, 00:06

Dünya Çempionatı-2018: Polşa qrupdan çıxa bilmədi

Ərdoğan rəqiblərinə səsləndi: Heç kim məğlubiyyətini ...
24.06.2018, 23:46

Ərdoğan rəqiblərinə səsləndi: Heç kim məğlubiyyətini ...

İlham Əliyev: “Azərbaycan-Türkiyə dostluğu strateji tərəfdaşlığın ən yüksək səviyyəsindədir”
24.06.2018, 23:29

İlham Əliyev: “Azərbaycan-Türkiyə dostluğu strateji tərəfdaşlığın ən yüksək səviyyəsindədir”

Parlament seçkilərində səslərin 91 faizi sayılıb:  “Cümhur ittifaqı”  54,06 faiz səs alıb - YENİLƏNİB
24.06.2018, 23:11

Parlament seçkilərində səslərin 91 faizi sayılıb: “Cümhur ittifaqı” 54,06 faiz səs alıb - YENİLƏNİB

Dövlət Baxçalı da Ərdoğanı təbrik etdi
24.06.2018, 23:03

Dövlət Baxçalı da Ərdoğanı təbrik etdi

PJAK-ın hücumunda azərbaycanlı öldü
24.06.2018, 22:34

PJAK-ın hücumunda azərbaycanlı öldü

Türkiyədə bülletenlərin 82 faizi sayılıb: Ərdoğan liderdir - YENİLƏNİB
24.06.2018, 22:21

Türkiyədə bülletenlərin 82 faizi sayılıb: Ərdoğan liderdir - YENİLƏNİB

Rusiya səmasında meteorit partladı - VİDEO
24.06.2018, 22:11

Rusiya səmasında meteorit partladı - VİDEO

İlham Əliyev Ərdoğanı qələbəyə görə təbrik etdi
24.06.2018, 21:38

İlham Əliyev Ərdoğanı qələbəyə görə təbrik etdi

Şəkidə zəlzələ oldu
24.06.2018, 21:17

Şəkidə zəlzələ oldu

Dünya Çempionatı-2018: Yaponiya Seneqalla sülhlə ayrıldı
24.06.2018, 21:03

Dünya Çempionatı-2018: Yaponiya Seneqalla sülhlə ayrıldı

Gürcüstanda 100-ə yaxın insan zəhərlənib
24.06.2018, 20:45

Gürcüstanda 100-ə yaxın insan zəhərlənib

Elmira Axundova Masallıda seçicilərlə görüşüb - FOTOLAR
24.06.2018, 20:19

Elmira Axundova Masallıda seçicilərlə görüşüb - FOTOLAR

Dünya Çempionatı-2018: İngilislər Panamanı darmadağın etdilər   
24.06.2018, 20:04

Dünya Çempionatı-2018: İngilislər Panamanı darmadağın etdilər  

Xaçmazda ağır qəza: 1 ölü, 1 yaralı
24.06.2018, 19:41

Xaçmazda ağır qəza: 1 ölü, 1 yaralı

Xaçmazda  5 hektar biçilməmiş taxıl sahəsi yanıb
24.06.2018, 18:38

Xaçmazda  5 hektar biçilməmiş taxıl sahəsi yanıb

AzEdu.az-ın rəsm müsabiqəsinin məktəbli qalibləri əsgərlərlə görüşdülər - FOTOLAR
24.06.2018, 18:24

AzEdu.az-ın rəsm müsabiqəsinin məktəbli qalibləri əsgərlərlə görüşdülər - FOTOLAR

Türkiyədə səsvermə YEKUNLAŞDI - Səslər sayılır
24.06.2018, 18:03

Türkiyədə səsvermə YEKUNLAŞDI - Səslər sayılır

Qoldan sonra siyasi jest edən İsveçrə futbolçuları cəzalandırıla bilər
24.06.2018, 17:30

Qoldan sonra siyasi jest edən İsveçrə futbolçuları cəzalandırıla bilər

Rusiya Dövlət Dumasının sədri Bakıya gəldi
24.06.2018, 17:20

Rusiya Dövlət Dumasının sədri Bakıya gəldi

Baş nazir kreslosunu hərraca çıxardacağına vəd verib
24.06.2018, 16:56

Baş nazir kreslosunu hərraca çıxardacağına vəd verib

Rusiya və ABŞ prezidentləri iyulun 15-də Vyanada görüşəcək
24.06.2018, 15:59

Rusiya və ABŞ prezidentləri iyulun 15-də Vyanada görüşəcək

Türkiyədə seçkiləri müşahidə edən azərbaycanlı deputat: “...qanun pozuntusu yoxdur”
24.06.2018, 15:33

Türkiyədə seçkiləri müşahidə edən azərbaycanlı deputat: “...qanun pozuntusu yoxdur”

Ərdoğan səsvermədə iştirak etdi
24.06.2018, 15:30

Ərdoğan səsvermədə iştirak etdi

İran Azərbaycan münasibətlərini kimlər və niyə pozur – Sensasion faktlar
24.06.2018, 14:50

İran Azərbaycan münasibətlərini kimlər və niyə pozur – Sensasion faktlar

Prezident Yavər Camalovun vəfatı ilə əlaqədar başsağlığı verib
24.06.2018, 14:40

Prezident Yavər Camalovun vəfatı ilə əlaqədar başsağlığı verib

Sabahın HAVASI: temperatur 38 dərəcəyə yüksələcək
24.06.2018, 14:28

Sabahın HAVASI: temperatur 38 dərəcəyə yüksələcək

Goranboyda maşın aşdı: xəsarət alanlar var
24.06.2018, 14:24

Goranboyda maşın aşdı: xəsarət alanlar var

Azərbaycan deputatları Türkiyədəki seçkilər haqda: “Bu dəfə də uğurlu seçim edəcəklər”
24.06.2018, 13:51

Azərbaycan deputatları Türkiyədəki seçkilər haqda: “Bu dəfə də uğurlu seçim edəcəklər”

Xırdalanda evdə yanğın: 3 azyaşlı yanıq xəsarətləri aldı
24.06.2018, 13:15

Xırdalanda evdə yanğın: 3 azyaşlı yanıq xəsarətləri aldı

Müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib - FOTOLAR
24.06.2018, 13:03

Müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib - FOTOLAR

Elçibəyin ailəsi onun 80 illiyini Kələkidə qeyd edir
24.06.2018, 12:52

Elçibəyin ailəsi onun 80 illiyini Kələkidə qeyd edir

Səs verən Muharrem İnce jurnalisti danladı: “Əlimdən tutub...”
24.06.2018, 12:27

Səs verən Muharrem İnce jurnalisti danladı: “Əlimdən tutub...”

ARXİV
SORĞU
Hansı ölkə dünya çempionu olacaq?
Argentina(12.0%)
Braziliya(24.1%)
Almaniya(10.6%)
İngiltərə(2.32%)
Portuqaliya(12.0%)
İspaniya(5.58%)
Fransa(4.65%)
Belçika(2.32%)
Seneqal(3.72%)
Rusiya(22.3%)