Modern.az

2017-ildə dünyanı gözləyən əsas TƏHLÜKƏLƏR...

2017-ildə dünyanı gözləyən əsas TƏHLÜKƏLƏR...

11 Yanvar 2017, 13:33

Davos forumunda iştirak edən ekspertlər 2017-ci ildə dünyanı gözləyən ekoloji və geosiyasi təhlükələrdən danışıblar.

 

Modern.az xəbər verir ki, Dünya İqtisadi Forumu üçün Davosa toplaşan nüfuzlu ekspertlər Global Risks Report adlı hesabat hazırlayıblar.

 

Ümumlikdə, hesabtda 30 qlobal risk və 13 təhlükəli tendensiyanın adı çəkilir. Risklər iqtisadi, ekoloji, geosiyasi, sosial və texnogen olmaqla 5 qrupa bölünüb.

 

2017-ci ilin 10 ən riskli hadisəsi sırasında 3 ekoloji sfera, 3 geosiyasi sfera daxil olunub.

Bunlara ekstream lhava şəraiti, geniş miqyaslı təbii fəlakət, terror aktları, dövlətlərarası münaqişələr, qeyri-effektiv dövlət idarəetməsi, kütləvi qanunsuz mqirasiya, qanunsuz ticarət əməliyyatları, şəxsi, yaxud vəzifə məlumatlarından istifadə edərək fırıldaqçılıq etmək və s. daxildir.

 

Dünyanın 13 əsas tendensiyası sırasına isə - dünya əhalisinin qocalması, beynəlxlaq strukturların rolunun dəyişməsi, iqlim dəyişikliyi, ətraf mühitin vəziyyətinin pisləşməsi, cəmiyyətdə çoxqütblülüyün artması, millətçiliyin yüksəlişi, orta təbəqənin artması, xroniki xəstəliklərdən əziyyət çəkənlərin sayının artması, urbanizasiyanın sürətlənməsi, dünya güc mərkəzlərinin yerini dəyişməsi, əhalinin rəqəmsal texnologiyalardan asılılığının artması faktorları daxildir.

 

Vüqar İSMAYILOV

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir