Modern.az

İŞİD və “Taliban” bir-birinə cihad elan edib

İŞİD və “Taliban” bir-birinə cihad elan edib

11 Yanvar 2017, 14:44

"İslam Dövləti" (İŞİD) terror qruplaşması ilə “Taliban”ın bir-birinə cihad etdiyi iddia olunub.

Modern.az bildirir ki, bu haqda “Azadlıq” radiosunun Pakistan bölməsi olan “Maşal” radio məlumat yayıb.

Radionun məlumatında bildirilir ki, Əfqanıstanın cənubundakı Gilmend əyalətinin polis idarəsinin rəhbəri Nabi Can Mullaheyla hüquq-mehafizə orqanlarında İŞİD-lə “Taliban”nın bir-brinə cihad elan etməsi ilə bağlı müvafiq sənəd olduğunu vurğulayıb.

Əfqanıstanın bəzi vilayətlərində iki terror qruplaşması arasında toqquşmaların baş verdiyi də qeyd edilir.

Son illər bir-birini rəqib sayan terror qruplaşmalarının liderlik uğrunda mübarizə apardığı da istisna olunmur.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı