Modern.az

Maaş və pensiya artımı kimlərə şamil olunacaq? - AÇIQLAMA

Maaş və pensiya artımı kimlərə şamil olunacaq? - AÇIQLAMA

İqtisadiyyat

11 Yanvar 2017, 15:44

Yanvarın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. İclasda bir sıra məsələlərə toxunan prezident, maaş və pensiyaların artacağı anonsunu da verib.


Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev Modern.az-a açıqlamasında prezidentin sosial müavinətlərin artırılması ilə bağlı çıxışını şərh edib. O, bildirib ki, maaş və pensiyaların artırılması bütün növ kateqoriya insanlarına şamil olunacaq.


“Hələ ki, bununla bağlı  yeni bir məlumat yoxdur. Cənab prezident dünən bir çox məsələləri açıqladı. Bu da onu açıq şəkildə göstərir ki, Azərbaycan sosial-iqtisadi inkişaf dövrünə qədəm qoyub. Bununla bağlı  sərəncamlar imzalandı. İqtisadiyyatın 11 sahəsi üzrə "yol xəritəsi" təsdiq olundu. Onların işə düşməsi ilə əlaqədar olaraq Nazirlər Komitəsində müvafiq işlər gedir.

Prezident həmçinin, manatın devalvasiyasına  uyğun olaraq maaşların, pensiyaların, sosial müavinətlərin artırılması proqnozunu verdi. Hesab edirəm ki, bu, bütün növ kateqoriya insanlarına şamil olunacaq.

Yaşayış minimumuna uyğun olaraq   pensiya və əmək haqları da artacaq. İlk növbədə bu, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərə aid olacaq. Ona uyğun olaraq özəl sektor da öz maaşlarında müvafiq işlər aparacaqlar. Yaxın vaxtlarda əmək haqlarının artırılması ilə bağlı məsələləri cənab prezidentin  ayrı-ayrı sərəncamlarında görəcəyik”.

Deputat prezidentin digər məsələlərlə bağlı çıxışını da dəyərləndirib.

“Heç şübhəsiz ki, prezidentin dünənki çıxışında bir sıra sosial sahə ilə bağlı səsləndirdiyi fikirlər çox əhəmiyyətlidir. Cənab prezident bank sektorunun sağlamlaşdırılması ilə bağlı bu il də geniş tədbirlərin görüləcəyini deyib. 2017-ci ildə makroiqtisadi sabitliyin təmin edilməsini, inflyasiyanın birrəqəmli olmasının vacibliyini vurğulayıb”.

 

Namidə BİNGÖL

Whatsapp
Bizə yazın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı