Modern.az

Bakıdakı Xocalı abidəsinin yeri dəyişdirilə bilər - Milli Məclisdə təklif irəli sürülüb

Bakıdakı Xocalı abidəsinin yeri dəyişdirilə bilər - Milli Məclisdə təklif irəli sürülüb

11 Yanvar 2017, 16:07

Milli Məclisin tətili yanvarın 15-də başa çatır. Fevral ayının 1-də isə parlamentin yaz sessiyasının ilk iclası keçiriləcək.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli Modern.az-a açıqlamasında deyib ki, yaz sessiyasında “Hərbi vəziyyət haqqında” və “Soyqırımı cinayətlərinin məsuliyyəti haqqında” qanun layihəsi müzakirəyə çıxarıla bilər.


“Ola bilər ki, “Soyqırımı cinayətlərinin məsuliyyəti haqqında” qanun Konsitutsiya qanunu səviyyəsində də olsun. Yaz sessiyasında soyqırımı cinayətləri ilə bağlı bir neçə sənəd olacaq. Cinayət, inzibati və digər məcəllələrdə də dəyişikliklər ola bilər.  Hətta Xocalı abidəsinin yerinin 20 Yanvar şəhidləri olan yerə də dəyişdirilməsi və “Vahid abidə kompleksi”nin yaradılması haqqında təkliflər də var. Mən də təklif irəli sürmüşəm ki, Xocalı soyqırımına birbaşa olaraq genosid deyilsin. Biz bunun qanun və qərar şəklində qəbul olunmasını gözləyirik”.


Deputat həmçinin bildirib ki, özünün ikinci və üçüncü oxunuşunu gözləyən xeyli sayda qanun layihələri var.


“Onlar yəqin ki, yaz sessiyasında gündəliyə daxil ediləcək. Biz yeni sessiyanın başlanğıcı ilə əlaqədar komitələrdə özümüzün iş planlarımızı təsdiq etdik. Bu iş planları Milli Məclisin planlarına uyğundur. Həmin planlar həm qanunvericilik sahəsində, həm də parlamentdə bir sıra tədbirlərin keçirilməsi haqqındadır. Qarşıdan 20 Yanvar gəlir. Bununla bağlı dövlət tədbiri olacaq. Həmçinin, Xocalı soyqırımının 25 illiyi tamam olur. Ən böyük gözlədiyimiz hadisə isə odur”.

 

Mirmahmud KAZIMOĞLU

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi