Modern.az

Dini Komitə və QMİ "İslam Həmrəyliyi İli"ndə hansı işlər görəcək?

Dini Komitə və QMİ "İslam Həmrəyliyi İli"ndə hansı işlər görəcək?

11 Yanvar 2017, 16:48

 

Prezident İlham Əliyev 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda Nazirlər Kabinetinə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsinə dair tədbirlər planını bir ay müddətində hazırlayıb Prezidentə təqdim etmək tapşırılır.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Modern.az-a açıqlamasında İslam Həmrəyliyi  İli ilə bağlı tədbirlərdən indidən danışmağın bir az tez olduğunu bildirib.  

“Təbii ki, bununla bağlı tədbirlər, təkliflər planı olacaq. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də bu prosesdə yaxından iştirak edəcək. Cənab Prezident 2017-ci ilin "İslam Həmrəyliyi İli" olduğunu dünən təsdiqləyib. Bununla bağlı planlar hamısı müəyyənləşdirilməlidir. İndidən fikir söyləmək düzgün olmaz”.

 

Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, Məşədi Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənli bildirib ki, 2017-ci ilin dövlət başçısı tərəfindən "İslam Həmrəyliyi İli"  elan edilməsi çox əlamətdar hadisədir.

“Dünyada  məzhəb zəminində  baş verənlərin fonunda, İslam dünyasının məzhəblərə parçalandığı bir dönəmdə Azərbaycanda həmrəylik məsələsinin qabardılması məsələsi çox doğrudur. Azərbaycan öz tarixində heç bir zaman məzhəb qarşıdurması yaşamayıb.

 

Azərbaycanda hər zaman məzhəblərarası qardaşlıq münasibətləri olub. Bununla da Azərbaycan bir çox müsəlman xalqlara, dövlətlərə nümunə ola bilər. İslam həmrəyliyi məsələsinin qabardılması həm də dünyaya mesajdır ki, Azərbaycan məzhəblərarası barışın, qardaşlığın tərəfdarıdır.

 

Bunu  təkcə dildə deyil, əməldə də təsdiq edir. Eyni zamanda Azərbaycanda İslam Həmrəyliyi Oyunları keçiriləcək.  Bunu dünyanın Azərbaycana diqqətinin cəlb olunması kimi qəbul etmək olar. Qafqaz Müsəlmanları İdarəsi yəqin ki, yaxın günlərdə müəyyən tədbirlər planı hazırlayacaq. İslam həmrəyliyi istiqamətində silsilə tədbirlər keçiriləcək”.

 

Qafar Ağayev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər