Modern.az

Azərbaycanda təqsirləndirilən şəxs özünə ömürlük cəza istədi

Azərbaycanda təqsirləndirilən şəxs özünə ömürlük cəza istədi

11 Yanvar 2017, 18:07

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrinə görə həbs edilən “Müsəlman birliyi” adlanan təşkilatın sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı və digər 16 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

Modern.az-ın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrlik etdiyi prosesdə çıxış edən vəkillər təqsirləndirilən şəxslərə bəraət istəyib.

Vəkillərin müdafiə çıxışından sonra prosesdə fasilə elan edilib.

 

Fasilədən sonra təqsirləndirilən şəxslər son söz deyib. Aqil İsmayılov hadisədə günahsız olduğunu bildirib. Abbas Hüseynov isə özünə ömürlük cəza istəyib: "Təqsirləndirilən şəxslərdən ən çox mən ittiham olunuram. Ona görə də mənə ən ağır cəza verilsin".

Proses yanvarın 16-da davam etdiriləcək.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir