Modern.az

İki uşaq atası borca görə intihara cəhd etdi

İki uşaq atası borca görə intihara cəhd etdi

11 Yanvar 2017, 20:40

Bu gün günorta saatlarında Salyan şəhərində intihara cəhd hadisəsi baş verib. Modern.az saytı xəbər verir ki, Virtualaz.org-un məlumatına görə, Salyan şəhəri, X.R.Ulutürk küçəsi, 51-də yaşayan 38 yaşlı Kərimov Vasif Elmirəvan oğlu sirkə turşusu içərək özünü öldürməyə cəhd edib.

Salyan Mərkəzi Rayon xəstəxanasına çatdırılan xəstənin vəziyyəti, həkimlərin bildirdiyinə görə, kritikdir. Belə ki, turşu onun daxili orqanlarını parçalayıb.

Xəstənin yaxınlarının saytımıza bildirdiyinə görə, hələlik Vasifin nə səbəbdən intihara cəhd etdiyi dəqiq bilinməsə də, o, xəstəxanaya gətirilərkən yolda 500 manat borcu olduğunu deyib.

İki azyaşlı uşaq atası olan Vasif Kərimov şadlıq evlərində ofisiantlıq edərək ailəsini dolandırırmış. Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı